Milli idmanın vəziyyəti acınacaqlıdır, əsas günahkarlar Fərid Qayıbov və müavini Mariana Vasilevadır
"Olimpiada bitdi. Azərbaycan heç 2012-ci (9 medal) və 2016-cı il (18 medal) uğurlarını da təkrarlaya bilmədi. Cəmi 7 medal qazanmışıq. Onun da 5-ni bizə legionerlər (xarici mənşəli idmançılarımız) gətirdi. Bu o deməkdir ki, milli idmanın vəziyyəti acınacaqlıdır.
azxeber.com Pravda.az-a istinadən xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, ildən ilə daha çox pul xərclənir, amma nəticə yoxdur: "Bunun da əsas günahkarları bunlardır: gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva (o da bir növ legionerdir, amma heç bir səmərəsi yoxdur, üstəlik vətəni Bolqariyada parlament spikeri erməni əsilli Raya Nazaryandır). Hələ 2021-ci ildə nazir təyin olunandan sonra Qayıbov bəyan etmişdi ki, nazirliyin inkişaf strategiyasını hazırlayacaq. Amma nazirliyin saytında göstərilir ki, "Hazırda strategiya hazırlanma mərhələsindədir". 3 il bəs etmədi? Strategiyasız necə işləyir bu nazirlik? Nəticəsi göz qabağındadır..."

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat