Milli Məclisdə Avropa Parlamentin Azərbaycana qarşı qərəzli qətnaməsi pisləndi

Milli Məclisdə Avropa Parlamentin Azərbaycana qarşı qərəzli qətnaməsi pisləndiMilli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentin Azərbaycana qarşı qərəzli qətnaməsi pislənib.
azxeber.com trend-ə istinadən xəbər verir ki, deputatlar çıxış edərək Avropa Parlamentinin qətnaməsinin ikili standartların təzahürü, iftira olduğunu diqqətə çatdırıblar.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamafob qətnamədir.
O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb.
"Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxalqığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq", - deyə o əlavə edib.
Deputat Aydın Mirzəzadə bildirib ki, bu qətnaməni rədd edirik.
"Bu cür qətnamələr Azərbaycanı haqlı mövqeyindən çəkindirə bilməz. Avropa Parlamenti nə qədər bu cür qətnamələr qəbul etsə də Azərbaycan öz haqlı mövqeyindən əl çəkməyəcək", - deyə deputat bildirib.
Onun sözlərinə görə, bu qətnamə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alır. "Bu sənəd həm də Avropa Parlamentinin nüfuzuna xələl gətirən qətnamə kimi qiymətləndirilə bilər. Belə başa düşülür ki, Avropa Parlamentində nə kompüter, nə internet, nə də hansısa məlumatı əldə etməyə vasitə var", - deyə deputat bildirib.
A.Mirzəzadə vurğulayıb ki, Avropa Parlamenti nədənsə Ermənistanın Azərbaycan torpaqlarına olan iddiasına, Xocalı faciəsinə, ərazilərimizin işğalına, bir milyona yaxın vətəndaşlarımızın ata-baba yurdlarından məcburi çıxarılmasına göz yumdu. "Bu gün isə Ermənistanın işğalçılıq siyasətinə müdaxilə etmir. Bu qurum sırf qaragüruhların tribunası kimi görünür. Belə siyasətlə Azərbaycanı müstəqillik yolundan əl çəkdirə bilməz. Onlar qətnamə qəbul etməyə davam etsinlər, biz də ərazilərimizi bərpa etdik", - deputat əlavə edib.
Digər deputatlar da bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə antiazərbaycan məqsədi daşıyaraq ədalətə zidd sənəddir. Fransa və Avropa İttifaqı Azərbaycana münasibətdə beynəlxalq hüququn aliliyini pozur. Avropa Parlamentinin qətnamə qəbul etməsindən asılı olmayaraq Azərbaycan güclü dövlətdir və ərazi bütövlüyün tam təmin edib.

Siyasi       Tarix: 07 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az sonxeber az ensonxeberler son xeberler azerbaycan