Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub - FOTO

Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub - FOTOMilli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub - FOTO
Martın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, "bir millət, iki dövlət" anlayışı bizim yaşam tərzimiz, fəlsəfəmizdir. 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edən komitə sədri bütün şəhidlərə, həmçinin bu günlərdə Türkiyədə helikopter qəzasında həlak olan hərbçilərə Allahdan rəhmət diləyib.
Bildirib ki, cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda türk ordusunun kiçik bir modelinin yaradılması, işğaldan azad edilmiş ərazilərimizdə türk iş adamlarının fəaliyyəti iki ölkə arasında münasibətlərin tam yeni bir səviyyəyə yüksəlməsindən xəbər verir. Əminik ki, Azərbaycan və Türkiyə bundan sonra da problemlərinin həlli üçün birlikdə çalışacaq, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edəcəklər.
Səmimi sözlər üçün təşəkkür edən TBMM-in Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç bildirib ki, Türkiyə və Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur. Azərbaycanın yaşadığı Vətən müharibəsində hər kəs bir daha bunun şahidi oldu. 
Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışan qonaq pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, sevincli bir Zəfərdən sonra Azərbaycanda olmaq böyük qürur mənbəyidir.
Söhbət zamanı ortaq türk dərsliyinin və ortaq informasiya mühitinin yaradılması barədə də fikir mübadiləsi aparılıb.
Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub - FOTOMilli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub - FOTO

Siyasi       Tarix: 10 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber xabar az son xeber 2026 azerbaycan son xeber bugun