Milli Məclisdən Avropa Parlamentinə ETİRAZ

Milli Məclisdən Avropa Parlamentinə ETİRAZAzərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat verib.
KONKRET.az xəbər verir ki, Bəyanatda deyilir:
"Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da "Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi", həmçinin "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi" ilə bağlı qəbul edilən illik hesabatlarında öz əksini tapmış qeyri-etik, beynəlxalq qanunlara zidd və mövcud reallıqları təhrif edən fikirlərə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir.
Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusilə erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəlik məhz Ermənistan tərəfindən yerinə yetirilməmişdir. Təəssüflər olsun ki, bu müddət ərzində Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin deputatları tərəfindən də açıq-aşkar və məqsədyönlü şəkildə zərbə altına alınmışdır.
Qəbul edilmiş bu sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların əks etdirilməsi bunun bariz nümunəsidir.
Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə qarşı narahatlıqlarını dilə gətirərək onların hüquqlarının zorla pozulduğunu qeyd edən komitə üzvləri Ermənistandan, habelə vaxtilə işğal edilən Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasına, Xocalı soyqırımının törədilməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qulaq ardına vurulmasına susmuşlar. Həmçinin, deputatlar Qarabağda guya ermənilərə aid olan mədəni irsin qorunmasını gündəmə gətirərkən, onların işğal etdikləri Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə və saxtalaşdırmağa yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllərinə biganə qalmışlar.
Təəssüf ki, avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı dövr ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozurlar. Həmçinin, sözügedən sənədlərdə deputatların enerji sahəsində anlaşmanı və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmaq istiqamətində çağırışları son dövrdə Avropada və dünyada cərəyan edən geosiyasi proseslər şəraitində Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən faydalı əməkdaşlıq münasibətlərinə ciddi zərbə vurur.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin rəhbərliyindən bu sənədlərdə humanitar məsələlərdən siyasi və təxribatçı məqsədlər üçün istifadə edən, Cənubi Qafqaz bölgəsinin daxili işlərinə qarışaraq regionda sülh prosesinə zərbə vuran təxribatçı müddəalara müvafiq qiymət verərək, məruzələrə yenidən baxılmasını tələb edirik".

Siyasi       Tarix: 01 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun xeberler az son xeberler 2026 son xəbərlər