Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilərFərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəricisi olmaqla yanaşı, dövlətin gəncləşmə siyasətinə önəm verdiyinin də növbəti təsdiqidir.  
Xatırladaq ki, indiyə qədər idarəçilikdə ciddi islahatlar həyata keçirilmiş, islahatları tormozlayan şəxslərin vəzifədən azad edilərək yenilikçi kadrlarla əvəzlənməsinin şahidi olmuşuq. Bu baxımdan Fərid Hacıyevin təyinatını da idarəçilikdə yeni düşüncəyə daha geniş meydan verilməsi kimi dəyərləndirmək olar.
Maraqlıdır, Milli Məclisin Aparat rəhbəri vəzifəsinə yeni təyinat nə vəd edir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, hakimiyyətin gənc kadrlarla işləməyə üstünlük verməsi sevindirici haldır:
"Səfa Mirzəyev kimi yaşı 70-i keçmiş kadrların gənclərlə əvəzlənməsini alqışlayırıq. Ümid edirik ki, yeni gənc kadrlar özlərindən əvvəlki kommunist düşüncəlilərin yolunu davam etdirməyəcək, özlərinə daha demokratik, daha açıq idarəçilik metodları seçəcəklər. Təəssüflə demək istəyirəm ki, yeni təyin edilən gənc kadrlar bəzi hallarda etimadı doğrultmur, hətta sələflərinə rəhmət oxutdururlar. Bir neçə kadrla bağlı biz bunun şahidi olmuşuq. Güman edirəm ki, Fərid Hacıyevin timsalında biz bu kimi neqativ halları görməyəcəyik. O, əvvəl də parlamentdə çalışıb. Buna görə də onun öz işini yüksək səviyyədə bildiyini güman edirəm". 
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da fəaliyyəti qənaətbəxş olmayan köhnə düşüncəli kadrların əvəzlənməsini müsbət qarşıladığını bildirib: 
"Şərti olaraq "beşinci kalon" adlandırılan fiqurların, eləcə də fəaliyyətləri günümüzün şərtləri ilə ayaqlaşmayan şəxslərin idarəçilikdə kök salması bir çox sahələrdə ciddi problemlər yaradıb. Bu baxımdan yeniliyə böyük ehtiyac var. Odur ki, Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri təyin edilməsinə çox sevindim. Gənc kadrdır. Əminəm ki, hüquq sistemini çox yaxşı bilir. Bu gün Fərid Hacıyevin timsalında aparılan gəncləşmə siyasətinin icra strukturlarında da aparılacağına ümid edirəm". 

Sosial       Tarix: 18 may 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az iqtisadiyyat xeberleri bugun beynelxalq bank mezenne xeberler bu gun