Milli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb - FOTO

Milli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb - FOTOMilli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb - FOTO
Martın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-nin) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, sədr qonaqları səmimi salamlayaraq səfərin əlaqələrimizə yeni töhfə verəcəyinə ümidivar olduğunu bildirib. Spiker ötən həftə Bitlisdə baş verən helekopter qəzasında türk hərbçilərinin şəhid olması ilə bağlı qonaqların simasında türk xalqına, həyatını itirənlərin yaxınlarına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.
İki dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında münasibətlərin daim inkişaf etdiyini vurğulayan Sədr deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkələr yoxdur.
Qeyd edilib ki,  Vətən müharibəsi dönəmində də Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərib, qardaş Türkiyə xalqı Azərbaycanın yanında yer alıb. Bu, Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsinin real həyatda bariz təcəssümü idi. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasındakı münasibətlərin dünya siyasi sistemində alternativi yoxdur. Ortaq dilə, dinə, mədəniyyətə, tarixə sahib xalqlarımız arasındakı bu münasibətlər əsl qardaşlıq ruhuna söykənir.
Münasibətlərimizin inkişafında parlamentlərin rolundan danışan Spiker hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının  fəaliyyət göstərməsini təqdir edib.
Bildirilib ki, parlamentlər arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq  qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Sədr üçtərəfli formatda – Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin əməkdaşlığını əhəmiyyətli hesab edib. Bildirib ki, bu gün regional formatda görüşlərin keçirilməsi çox önəmlidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç ölkəmizə səfərindən nümayəndə heyəti üzvlərinin məmnunluq duyduqlarını söyləyib.
Qeyd edilib ki, Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində bütün türk xalqı kimi, türkiyəli millət vəkilləri də bölgədə baş verən hadisələri diqqətlə izləyib, qardaş Azərbaycanın uğurlarına seviniblər. Azərbaycanın hiss etdiyini Türkiyə də hiss edirdi. Biz Azərbaycanla qardaşlığımızı hər zaman duymuşuq. 
Söhbətdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxış edərək beynəlxalq təşkilatlarda, regional qurumlarda ikitərəfli və çoxtərəfli formatlarda hər iki ölkə deputatlarının səmərəli əməkdaşlığı barədə fikirlərini bölüşüb, deputatlarımızın qarşılıqlı səfərlərini və mütəmadi görüşlərini yüksək dəyərləndiriblər. 
Görüşdə TBMM-nin Xarici əlaqələr komitəsinin üzvləri Derya Bakbak, Ahmet Kamil Erozan, İsmail Özdemir, Utku Çakırözer, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb - FOTOMilli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb - FOTOMilli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb - FOTO

Siyasi       Tarix: 09 mart 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber xabar az son xeber 2026 azerbaycan son xeber bugun