Milli Meşə Proqramı hazırlanıb
Milli Meşə Proqramı hazırlanıb
"Azərbaycanda Milli Meşə Proqramı hazırlanıb".
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, hazırda sənəd razılaşma prosesindədir:
"Gələn ilin əvvəllərində proqram təsdiq olunacaq və icrasına başlanacaq".
"Proqramda meşələrin bərpası, istifadə tədbirləri və digər vacib məsələlər öz əksini tapacaq", - deyə o əlavə edib.
İlhamə Əbülfət