Mina partlayışında ayaqlarını itirən ukraynalı tibb bacısı xəstəxanada evləndi - FOTO/VİDEO
Mina partlayışında ayaqlarını itirən ukraynalı tibb bacısı xəstəxanada evləndi - FOTO/VİDEO
Minaya düşdükdən sonra ayaqlarını itirən lisiçansklı tibb bacısı xəstəxanada evlənib.
Bu barədə Ukraynanın Lvov Birinci Tibb Assosiasiyası məlumat yayıb.
Məlumata görə, hadisə martın 27-də Oksana və Viktor evə qayıdarkən baş verib.
"Tibb bacısı qabaqda, gənc isə onun ardınca gedirdi. Qadın sevgilisini təhlükədən xəbərdar etmək üçün arxaya çevrilib və bu an mina partlayıb. Viktor möcüzəvi şəkildə zərər çəkməyib, lakin Oksana ayaqlarını və sol əlinin dörd barmağını itirib", - deyə Assosiasiyadan məlumat verilib.
Qadına Lisiçansk xəstəxanasında ilkin tibbi yardım göstərilib. Orada dörd əməliyyat keçirib. Daha sonra Oksana Dneprə təxliyə edilib, orada yaraları sağalıb və ətraflarının protezləşməsi üçün hazırlıqlara başlanılıb. Bir həftə əvvəl isə o, təxliyə qatarı ilə Lvova gəlib. Qarşıda onu reabilitasiya və protezləmə gözləyir.
Oksana və Viktor altı ildir birlikdədir, iki uşaq böyüdürlər.
Mənbə: Qrodomaske Radio

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız