"Mina terroruna görə Ermənistana sanksiya tətbiq edilsin" - Ombudsman
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən gün baş vermiş mina partlayışları ilə bağlı bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, bəyanatda deyilir:
"Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçularımızın həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir.
Oktyabrın 6-da baş vermiş üç mina hadisəsi nəticəsində bir mülki şəxs həlak olub, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu və digər mülki şəxs yaralanıb.
İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçularımızın təhlükəsizliyinə, regionda sülh quruculuğu prosesinə, həyata keçirilən infrastruktur layihələrinin icrasına, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.
Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təhvil verməməsi mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə nəticələnir. Ermənistanın bu addımı onların bölgədə sülhün bərpa olunmasında maraqlı olmadıqlarını bir daha göstərir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, dəqiq mina xəritələrinin Ermənistan tərəfindən ölkəmizə təhvil verməsini, regionda sülhün bərqərar olunmasında birliyin nümayiş olunmasını qəti şəkildə tələb edir, beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna qarşı müvafiq sanksiyalar tətbiq etməyə çağırıram".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ