Minaya düşən erməni hərbçinin ayağı amputasiya olundu - YENİLƏNİB
Azərbaycanla sərhəddə, Tavuş vilayətində minaya düşərək yaralanan erməni hərbçi İrəvanda xəstəxanalardan birinə yerləşdirilib.
KONKRET.az xəbər verir ki, burada Mardanyanın ayağı amputasıya olunub.
Bu barədə jurnalist Voskan Sarkisyan öz Facebook səhifəsində məlumat verib.
"İcevan Tibb Mərkəzində öyrəndim ki, mina partlaması nəticəsində hərbçinin sağ ayağı amputasıya edilib. O, sonrakı müalicə üçün İcevan xəstəxanasından İrəvana köçürülüb", – Sarkisyan bildirib.
Qeyd edək ki, bu gün Tavuşda mina partlaması nəticəsində yaralanan əsgər 1980-ci il təvəllüdlü Q.Mardanyandır.
19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb.
KONKRET.az"Sputnik Ermənistan"a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.
"Hazırda hərbçinin həyatı üçün təhlükə yoxdur, vəziyyəti qənaətbəxşdir", – Ermənistan MN bildirib.
Günel Mikayılova,
KONKRET.az

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü