"Mingəçevir Şüşə Lifi" ASC ləğv edilib, torpaq sahəsi Təhsil Nazirliyinə verilib - SƏRƏNCAM
"Mingəçevir Şüşə Lifi" ASC ləğv edilib, torpaq sahəsi Təhsil Nazirliyinə verilib - SƏRƏNCAM
Prezident İlham Əliyev "Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə sərəncam imzalayıb.
Sərəncamla, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhsil infrastrukturunun müasirləşdirilməsi məqsədilə "Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli sərəncamının 1-ci hissəsinin 9-cu bəndi ləğv edilib.
Nazirlər Kabinetinə aşağıdakı məsələlər tapşırılıb:
1. Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "Mingəçevir Şüşə Lifi" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini və Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin;
2. "Mingəçevir Şüşə Lifi" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar üç ay müddətində zəruri tədbirlər görsün;
3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İqtisadiyyat Nazirliyinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.
Mingəçevir Şəhər İcra Hakimiyyəti bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq tapşırılıb. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına