Mingəçevirdə baş vermiş silahlı insidentə görə daha 2 nəfər həbs edilib

Mingəçevirdə baş vermiş silahlı insidentə görə daha 2 nəfər həbs edilibMingəçevirdə baş vermiş silahlı insidentə görə daha 2 nəfər həbs edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Aparılmış istintaqla, qeyd edilən tarixdə saat 18 radələrində Mingəçevir şəhər sakini Elsevər Quliyevin qohumu Firdovsi Qasımov ilə birlikdə sonuncunun idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə ilə əvvəllər aralarında baş vermiş münaqişə ilə əlaqədar Ziyad Mirzəyevdən qisas almaq məqsədilə sonuncunun sərnişini olduğu "VAZ 2107" markalı avtomobilin qarşısını kəsərək avtomobildən düşüb üzərində gəzdirdiyi odlu silahdan 2 dəfə atəş açaraq onu yaralamasına, Ziyad Mirzəyev avtomobildən düşüb qaçarkən Elsevər Quliyevin ona doğru üçüncü dəfə atəş açmasına, lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən cinayətkar niyyətini başa çatdıra bilmədən gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Həmçinin təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə E.Quliyevlə qabaqcadan əlbir olan və Z.Mirzəyevi izləyərək onun yeri barədə E.Quliyevə məlumat verən digər qohumu Ülvi İsmayılovun hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Z.Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb onu təqib etməsinə, Z.Mirzəyevin yaşayış binalarının arasında gözdən itməsi və yaranmış əlverişsiz şəraitlə əlaqədar öz cinayətkar niyyətini başa çatdıra bilmədən hadisə yerindən uzaqlaşmasına şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Bundan başqa, istintaqla E.Quliyev və Ü.İsmayılovun qabaqcadan əlbir olaraq törətmiş olduqları xüsusilə ağır cinayətin qohumları Nahid Həsənov və Firdovsi Qasımov tərəfindən bilərəkdən gizlədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
E.Quliyev və Ü.İsmayılova Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs, F.Qasımov və N.Həsənova isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. /open.az

Hadisə       Tarix: 24 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib. xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Qəza səbəbindən metronu

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Bakıda ağır qəza: ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Bahəddin Əfqan oğlu Nəcəfzadə idarə etdiyi "Lada Granta" markal

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml


son xeberler yeni xeberler azerbaycan xeberleri butun xeberler cəbhədən son görüntülər cəbhədən şad xəbər xəbər.az