Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Elmir Əliyev taksi fəaliyyəti ilə məşğul olan tanışları Seymur Əliyevin idarə etdiyi "NAZ Lifan" markalı avtomobillə hərəkətdə olarkən şəhər ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Şəxsi axtarış zamanı A.Əliyevadan sellofan torbada satış məqsədilə saxladığı 123 qramdan artıq narkotik vasitə- heroin götürülüb. Həmin şəxslərin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onların yaşadığı ünvana da baxış keçirilib. Oradan E.Əliyevə məxsus 30 qram heroin və kustar üsulla hazırlanmış 465 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub