Mingəçevirdə Uşaq İncəsənət Festivalı keçirildi - FOTOLAR
Uşaq İncəsənət Festivalı bu dəfə Mərkəzi Aran regionundan olan uşaq və gəncləri Mingəçevirdə bir araya gətirib.
azxeber.com xəbər verir ki, 27 aprel 2025-ci il tarixində Mingəçevir şəhərində Uşaq İncəsənət Festivalının 1-ci seçim turunun başlanılması ilə bağlı tədbir keçirildi. İştirakçılara, həmçinin bölgədə yaşayan uşaq və gənclərə festival ruhunun ötürülməsi, mədəni bütünləşmənin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirdə bir-birindən maraqlı, rəngarəng və interaktiv proqramlar təşkil edilib.
Festival iştirakçıları ilk olaraq Mingəçevir Dövlət Dram Teatrında bir araya gələrək "Sehrli yaylıq" adlı teatr tamaşasına baxıblar.
Daha sonra iştirakçılar və qonaqlar mədəni proqramların hazırlandığı Kür çayının sahilinə üz tutublar.
Mədəni proqramların təşkil edildiyi "Sahil" parkında qonaqları 2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Uşaq İncəsənət Festivalının qalibləri qarşıladı. Qonaqlar və şəhər sakinləri Kür çayının füsünkar mənzərəsində sənət nümunələrinin müxtəlif rənglərinin bir araya gəldiyi proqramlarla tanış olublar.
Sonda festival iştirakçıları tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar səmaya 102 ədəd şar buraxılıb.
Qeyd edək ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1600-ə yaxın iştirakçı qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən iştirakçılar 21 aprel 2025-ci il tarixindən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər.
Uşaq İncəsənət Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı keçirilir.












25 yaşlı gənc evində ölü tapıldı
Kürdəmirdə maşınlar toqquşdu - Xəsarət alan var
İki azyaşlı su kanalına düşdü - Siyəzəndə dəhşət
Əti dondurucuda nə qədər saxlaya bilərsiniz?
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Gəncədə iki avtomobil toqquşdu - Yaralılar var
Bərdədə yeni ailə quran ər-arvad dəm qazından boğuldu: Qadın öldü
Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Fransanın qlobal kredit reytinqi zəiflədi
"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Azərbaycanda şair vəfat etdi - FOTO
Prezidentdən Əhməd Vəliyevlə bağlı sərəncam
Mehdiyev evindən çıxan 17 milyondan danışdı: "Pulları öz zəhmətimlə yığmışam
Valeh Ağayev vəfat etdi