Minlərlə azərbaycanlı 4 ölkəni "tərk edir" – Vəziyyət kəskin dəyişdi

Minlərlə azərbaycanlı 4 ölkəni Azərbaycanlı turistlərin yay istirahəti üçün seçdiyi istiqamətlər dəyişir. Məsələn, iki il əvvələ qədər vətəndaşlar Türkiyənin İstanbul, Gürcüstanın Batumi şəhərinə üstünlük verirdilərsə, bu gün Monteneqro ön plana keçib. Son illər adı tez-tez hallanan bu kiçik Balkan ölkəsi indi bir çoxları üçün əsas istirahət məkanlarından sayılır. Maraqlıdır ki, bəzən Monteneqroda dincəlmək bölgələrimizlə müqayisədə daha sərfəli başa gəlir. Ölkədə qiymətlər elə sürətlə qalxır ki, bəzi ailələr üçün rayonlara səfər etmək artıq lüks sayılır.
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi bildirib ki, son illərdə vətəndaşlarımızın xaricə səfərləri artan dinamika ilə davam edir.
O vurğulayıb ki, 2024-cü ilin tam statistik göstəricilərə əsasən, ölkədən xaricə səfər edənlərin sayı 1.99 milyona çatıb:
"Bu göstərici 2023-cü illə müqayisədə 17 faiz artım deməkdir. 2025-ci ilin ilk beş ayında isə xaricə səfər edənlərin sayı 807 min nəfər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə cüzi, yəni 0.1 faiz azalma deməkdir. Bu dəyişikliklərə baxmayaraq, ümumi strukturda sabitlik qorunur. Səfərlərin böyük hissəsi – təxminən 68-69 faizi hava nəqliyyatı ilə həyata keçirilir. Avtomobil və dəmir yolu ilə edilən səfərlər ümumilikdə 28-30 faiz təşkil edir. Dəniz yolu ilə gedənlərin payı isə 2 faizdən azdır. Bu, Azərbaycan  vətəndaşlarının xarici ölkələrə daha çox sürətli və rahat nəqliyyat vasitələrinə üstünlük verdiyini göstərir".
Ekspert deyib ki, xarici səfərlər təkcə istirahət məqsədi daşımır, həm də insanlar üçün bir sıra mədəni, sosial və iqtisadi imkanlar yaradır:
"Turistlər xaricdə olarkən fərqli mədəniyyətlərlə tanış olur, rekreasiya və sağlamlıq turizmi çərçivəsində müalicə və bərpa proqramlarına qatılır, beynəlxalq təhsil proqramlarına qoşulurlar. Eyni zamanda, iqtisadi əlaqələrin genişlənməsi, ticarət əlaqələrinin qurulması və fərdi inkişaf üçün yeni imkanlar formalaşır. Əgər əvvəllər əsas istiqamətlər Türkiyə, Rusiya, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) idisə, bu gün Monteneqro kimi yeni turizm mərkəzləri də azərbaycanlıların maraq dairəsindədir. Vizasız giriş imkanı, birbaşa aviareyslər və Avropa səviyyəli istirahət şəraiti Monteneqronu qısa müddətdə populyar istiqamətə çevirib. Lakin turistlərin artımı bu ölkədə qiymətlərin yüksəlməsinə də səbəb olub. Ümumilikdə son statistikalar göstərir ki, vətəndaşlarımız yalnız istirahət üçün deyil, həm də mədəni, sağlamlıq və iqtisadi məqsədlərlə müxtəlif ölkələrə səfər edirlər. Bu isə təkcə fərdi yox, həm də milli səviyyədə inkişaf üçün əhəmiyyətli göstəricidir".

Siyasi       Tarix: 04 avqust 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda