Minlərlə manat ödəndi, sənəd verilmədi - MTK ilə sakinlər üz-üzə
Xırdalan şəhəri, "Abşeron City" Mənzil-Tikinti Kooperativinin yaşayış kompleksində yaşayan sakinlər bildirirlər ki, illər əvvəl yüksək məbləğdə pul ödəyərək ev alıblar. Onlara çıxarışların tezliklə veriləcəyi bildirilsə də, bu günə qədər hələ də həmin sənədlər təqdim olunmayıb.
"Sahib olduğum evi 2019-cu ildən kreditlə almışam. Bütün ödənişi tamamladıqdan sonra dedilər ki, çıxarış verəcəklər, amma hələ də verməyiblər. Dəfələrlə müraciət etmişik, dəqiq cavab ala bilmirik", – sakinlərdən biri Baku TV-yə bildirib.
Başqa bir sakin isə belə deyib: "Gəncədəki evi satıb buraya gəldik, indi qalmışıq ortalıqda. Qeydiyyatda olmasam da, bütün ödənişlərimi vaxtında edirəm".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər bir Mənzil-Tikinti Kooperativinin (MTK) alıcıları qarşısında müəyyən öhdəlikləri var. Bu öhdəliklərdən biri də alıcıların müvafiq sənədlərlə təmin edilməsidir. Əgər MTK sakinləri lazımi sənədlərlə təmin etmirsə, onlar məhkəməyə müraciət edə bilərlər.
İcra Hakimiyyəti də bu məsələdə hüquqi yardım göstərməyə hazır olduğunu bildirib. / konkret.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub