"Misli" məntəqəsi öz sahibinə nə qədər qazanc gətirir? – ARAŞDIRMA

2022-ci ilin əvvəlindən Azərbaycanda iş qurmaq istəyən sahibkarlar üçün yeni biznes imkanı yaranıb. Bu – idman mərc oyunlarına yatırım edilən «Misli» məntəqəsi yaratmaqdır. «Misli» brendi, Azərbaycanda idman mərc oyunlarına yatırım üçün 2-ci operator oldu və hazırda bütün ölkə ərazisində yeni «Misli» məntəqələri yaradılır.
Fed.az xəbər verir ki, sahibkarların sözlərindən və şərtlərdən məlum olur ki, o qədər də böyük olmayan məbləği yatırmaqla «Misli» məntəqəsi yaradıb gəlirli biznes qurmaq olar. 
«Azərlotereya»da bildirirlər ki, hazırda «Misli» məntəqələrin açılması üçün müraciətlər həm Bakı, həm də regionlardan mütəmadi daxil olur.
«Misli» məntəqəsini kimlər aça bilər?
«Misli» məntəqələri - məntəqəni açmaq istəyən şəxslə "Azərlotereya" ASC arasında bağlanan agentlik müqaviləsi əsasında açılır.
"Misli"nin satış üzrə meneceri Anar Ərəbxanov Fed.az-a bildirib ki, «Misli» məntəqəsinin açılması üçün istənilən şəxs müraciət edə bilər, təcrübə tələb olunmur, əsas – müvafiq yerin olması (və ya icarəyə götürülməsi) və vergi ödəyicisi kimi qeydiyyatdan keçməkdir.
«Bəzi insanların idmana, futbola, mərc oyunlarına marağı var, bir başqasının əlində vəsait var biznesə başlamaq istəyir, deyirik, niyə də yox. Bunlar «Misli» məntəqəsi açıb fəaliyyətə başlaya bilərlər» Anar Ərəbxanov deyir.
Məntəqə sahibi VÖEN alaraq fərdi sahibkar kimi müraciət edir və «Azərlotereya» ASC tərəfindən dəyərləndirilir və daha sonra əməkdaşlıqla bağlı qərar qəbul edilir. Məntəqə açmaq üçün tələblərdən biri də məhkumluğun olmamasıdır.
Yeri gəlmişkən, indiyədək rəqib operatorda – «Topaz»da çalışıb, sonradan «Misli» məntəqəsi üçün müraciət edənlər də var. «Azərlotereya» onların təcrübəsini araşdırır və nəticə müsbət olanda əməkdaşlıqdan imtina etmir.
«Azərlotereya» ilə uzun müddətdir əməkdaşlıq edən, 5 «Misli» məntəqəsi olan sahibkar Talıb Məmmədov bildirir ki, bu sahədə biznes qurmaq istəyən şəxsin idman sahəsindən məlumatlı olması daha yaxşıdır.
Ümumiyyətlə «Misli» məntəqəsi açmaq üçün müraciət edənlər 20-55 yaş arasında olanlardır. Müraciət edənlərin arasında qadınlar da var. Qaydalara görə, bir şəxs maksimum 3 məntəqə aça bilər, amma bəzi yaxşı işləyən obyektlərin sahiblərinə 5-dək məntəqə açmağa icazə verilir: «bundan onsuz da artıq mümkün deyil, çünki nəzarət etmək çətinləşir»- deyə məntəqə sahibləri bildirir.
Məntəqələrin sayı artdıqca, bu iş daha ciddi biznesə çevrilir, bir şərtlə ki, biznesin sahibi hər məntəqəyə düzgün nəzarət edə bilsin. Hərçənd, uğurlu yerdə açılan 1 məntəqə belə ciddi biznes olaraq sahibinə böyük gəlir gətirə bilər.
1 manatdan başlayan «mərclər»
«Misli»nin əsas üstünlüklərindən biri mərc oyunlarında ən kiçik məbləğdə də iştirak etmək imkanıdır. Burada müştərilər futbol, tennis, basketbol, hokkey və başqa idman oyunları, Virtual oyunlar və KENO oyunlarına mərc edə, eləcə də ənənəvi lotereyalardan faydalana bilərlər. Lotereya həvəskarlarına "Qızıl", "Ani 50", "Şans Ulduzu", "5X", "Zümrüd" və "10X" ani lotereyalarında şanslarını yerindəcə sınamaq imkanı təqdim olunur. Eyni zamanda "Super Keno",  "4+4" və "Meqa 5/36" tirajlı lotereya biletlərini məntəqələrdən əldə etmək mümkündür. "Misli" məntəqələrində virtual idman oyunlarından İngiltərə Premyer Liqası və Virtual Bundesliqa xüsusi diqqət çəkir. Bunlardan Virtual Bundesliqanın əsas özəlliyi oyunların real görüntülü olmasıdır. Bu oyunlar keçmişdə baş vermiş real futbol matçlarının məlumatlarından da istifadə edilməklə tamamilə şans faktoru ilə kompüter tərəfindən yaradılıb. "Misli"də oyun və qazanc imkanının geniş olması müştəriləri cəlb edir və «Misli» məntəqəsinə sahibkarların marağını artırır.
«Misli» məntəqəsi üçün obyekt necə olmalıdır?
«Azərlotereya»dan bildirirlər ki, bunun üçün əsas tələblərdən biri obyektin sahəsi ilə bağlıdır – 40 kvadratmetrdən aşağı olmamalı, binanın birinci mərtəbəsində yerləşməlidir. Ən çox müraciətlər də birinci mərtəbəyə aiddir.
Məntəqə insanların gur, gediş-gəliş olan ərazilərdə yerləşsə daha uğurlu ola bilər: «Məsələn, metronun ətrafı, avtobus dayanacağı istiqamətlərinə. Düşünürlər ki, bu ərazilərdə obyekt açsalar, müştəri axını daha çox olacaq. Eləcə də parkinqi, normal interneti olan və işıqların tez-tez sönmədiyi yerlər olmalıdır» deyə Talıb Məmmədov bildirir.
Obyektin tələblərə uyğun olmasını «Misli»nin rayonlardakı kuratorları araşdırır. Bu məntəqələr «Misli»nin konseptinə uyğun təmir edilir, lazımi avadanlıqlarla – terminal və televizorlarla təchiz edilir.
Bir-birlərindən və məktəblərdən uzaqda
Hazırda ölkədə 170-dən çox «Misli» məntəqəsi var, ən çox məntəqə Bakı, Sumqayıt və Gəncə şəhərlərindədir.
«Misli» məntəqələrinin yerləşməsi ilə bağlı tələblərə gəlincə, əvvəla bu məntəqələr bir-birlərinə mane olmamalıdırlar. Diqqət yetirilir ki, məntəqələr arasında məsafə 250 metrdən az olmasın.
Bu qayda rayonlarda da gözlənilir. Mütəxəssislər bildirirlər ki, bəzi rayonlarda maksimum 2-3 məntəqə açmaq olar – hədəf kütlə, oyunçu sayına görə məntəqə sayı müəyyənləşdirilir. «Əgər hansı regionda bir neçə məntəqə varsa biz orada növbəti məntəqə açmırıq».
Yerləşmə ilə bağlı əsas tələb – qanuna görə, belə məntəqələr məktəb və bağça girişlərindən azı 150-200 metr məsafədə yerləşmədir.
Ümumiyyətlə «Azərlotereya»nın tətbiq etdiyi sosial məsuliyyət qaydaları idman-mərc oyunlarını 18 yaşdan aşağı kontingentdən uzaq saxlayır: «Yəni 18 yaşdan aşağı olanlar həmin məntəqələrə girə bilməz. Hər məntəqənin girəcəyində bu barədə elan yapışdırılır. Bu prinsipə əməl etməyən məntəqə dərhal bağlanır».
«Azərlotereya»nın mütəxəssisləri bu prosesə məntəqədə yerləşdirilən azı 3 kamera ilə çox ciddi şəkildə nəzarət edirlər - 18 yaşdan aşağı şəxs görünsə, dərhal müdaxilə edilir və məntəqə barədə tədbir görülür.
«Azərlotereya» ilə əməkdaşlığln əlavə - 3 vacib üstünlüyü
Əslində son illər xüsusilə müasir texnologiyaların inkişafı, hətta ofisi tərk etmədən müxtəlif bizneslə məşğul olaraq gəlir götürməyə imkan verir. Amma «Misli» məntəqəsi biznesi qurmağın iş adamları üçün bir sıra vacib üstünlükləri də var. Əvvəla, bu sahə, burada baş verən əməliyyatlar və onun qaydaları qanunla tənzimlənir, leqaldır. Proses isə əvvəldən axıradək dövlət nəzarətindədir və şəffafdır.
İkinci vacib məqam – bu sahəyə maraq sürətlə artmaqdadır. Şans oyunlarına yatırım etmək üçün xüsusi şərtlər lazım deyil, insanlar burada sadəcə öz idman bilikləri ilə pul qazanmaq imkanı qazanırlar.
Nəhayət, ən əsası – «Misli» məntəqələrinə «Azərlotereya»nın daim reklam və marketinq dəstəyi var. Faktiki olaraq «Misli» məntəqəsi sahibinin bu sahəni reklam etməsinə ehtiyac yoxdur. Bu işləri mərkəzləşmiş və yüksək səviyyədə «Azərlotereya» həyata keçirir. 
Şirkətin mütəmadi davam edən kampaniyaları və bazara yeni məhsulların çıxarılması isə bu sahəyə müştərilərin diqqətini daim artırır. Necə deyərlər, «Misli» məntəqələri «Azərlotereya»nın çətiri altında fəaliyyət göstərirlər.
«Misli» məntəqəsində nə olmalıdır?
Obyektin tələblərə uyğun olmasını «Misli»nin rayonlardakı kuratorları araşdırır. Bundan sonra  məntəqələr «Misli»nin konseptinə uyğun təmir edilir, lazımi avadanlıqlarla – terminal və televizorlarla təchiz edilir.
Təmir məntəqə sahibinin hesabınadır, «Azərlotereya» isə reklam lövhəsi ilə bağlı icazə və ödəniş məsələlərini həll edir.
Qaydaya görə, məntəqədə minimum 6 televizor, 2 fərdi kompüter və ya noutbuk, stol və stullar olmalıdır. Televizor üçün standard ölüçlər var. Bu da səbəbsiz deyil, bəziləri ucuz olması üçün daha kiçik televizorlar alırlar, amma bunun zərəri daha çox olur: «Agentlərimizdən biri əvvəlcə kiçik ölçülü televizorlar yerləşdirmişdi. Amma məlum oldu ki, burada hərflər, rəqəmlər və s. yaxşı görünmür, məntəqəyə gələnlərə mane olur. Sonra dəyişdilər. Bəziləri isə məntəqəyə nəinki televizor hətta proyektor qoyublar. Futbol günləri olanda orada adam əlindən tərpənmək olmur».
«Hər gün bir çox fərqli idman növlərində oyunlar keçirilir, ən məhsuldar günlər isə həftəsonlarıdır»
«Həftə sonları dünyada idman yarışları çox olur. Futbol, məsələn, İngiltərə Premyer liqası, başqa idman növləri».Azərbaycanda idman yarışlarına əsas pullar futbola qoyulsa da, basketbol, tennis və xokkey oyunları da populyardır.
«Misli» məntəqələrində oyunlara mərc variantları müxtəlifdir. Məsələn, ən çox gözlənilən nəticəyə adətən daha böyük məbləğ qoyulur.
Yeri gəlmişkən, «Misli»də oyunlara mərc etmək üçün həftəsonunu gözləmək tələb olunmur. Belə ki, hər gün futbol üzrə ölkə çempionatları, müxtəlif turnirlər və digər idman növləri üzrə real oyunlarla yanaşı, virtual oyunlara da mərc etmək olur. Real oyunlardakı kimi burada da müxtəlif əmsallar olur və onları dəyirləndirib "stavka" etmək mümkündür. Eləcə də məntəqədə çoxsaylı lotereyaların satışını etmək, bundan da qazanc götürmək mümkündür.
«Misli» məntəqəsində neçə nəfər işləməlidir?
Bəzi sahibkarlar «Misli»dəki terminallarının qarşısında özü işləyir, əksər halda isə burada 1 və ya 2 işçi olur. Məntəqədə çalışacaq işçiləri düzgün seçməlisən, çünki işçidən çox şey asılıdır: «İşçi mütləq idmandan xəbərdar olmalı, eyni zamanda səbrli və müştəri ilə danışıq qabiliyyəti olmalıdır. Sahə ənənəvi deyil, məntəqəyə istənilən əhval-ruhiyyədə insan gələ bilər, onlarla dil tapmaq və prosesi düzgün izah etmək tələb olunur».
İşçi pullara münasibətdə də məsuliyyətli olmalıdır: «Məsələn, bankda kassir işləmiş adamlar bura üçün yaxşı seçimdir, çünki bu adam başa düşür ki, əlindəki pul onun deyil və məsuliyyətli olur».
Buna görə də məntəqədə əksər işçilər əvvəlcə 1-2 aylıq sınaq müddətinə götürülür.
Yeri gəlmişkən, müştərilərlə yarana bilən mübahisələrin həllində məntəqəyə «Azərlotereya» dəstək olur: «Məntəqədə hər hansı mübahisə olarsa və onlar tərəfindən həll edilə bilmirsə, müştəri hər zaman «Azərlotereya» Əlaqə Mərkəzinə (*2080) zəng edib və ya yazılı müraciət etməklə mübahisəni həll edə bilər».
Məntəqənin iş qrafiki ilə bağlı xüsusi tələb yoxdur, amma «Misli» məntəqələri adətən saat 11-dən gecəyə kimi çalışır. Əsas məsələlərdən biri – məntəqə hər gün, həmçinin istirahət günü də işləməlidir.
Bu 5 məntəqədə ümumilikdə 15 əməkdaşımız çalışır. Yəni hər məntəqədən orta hesabla 3 ailə faydalanır. İş yerləri rəsmidir, əmək müqaviləsi və bütün sosial ödənişlər var. Bir işçimiz bu yaxınlarda qəzaya düşdü, bu sığortanın hesabına əməliyyatı da ödənişsiz oldu».
«Misli» məntəqəsi biznesi nə qədər gəlir gətirir?
«Misli» məntəqələrinin gəliri «Azərlotereya»dan alınan komissiya haqqı hesabına yaranır. Dövriyyədən, yəni stavkalardan və lotereya satışından toplanan vəsaitdən sahibkar gəlir (komissiya) əldə edir. Əldə etdiyi gəlirdən nəzərdə tutulan 4 faiz sadələşdirilmiş vergi, icarə haqqı, əməkdaşların maaşı və sosial xərclər, kommunal xərclər, o cümlədən internet, telefon, kabel TV ödənişləri edir. Sonda qalan məbləğ onun xalis mənfəətini təşkil edir.
«Azərlotereya» tərəfindən məntəqələrə mütəmadi olaraq nəzarət edilir və satılmış və uduşu verilmiş biletlərə dair məlumatlar proqram təminatı vasitəsilə ötürülür və analiz edilir» Azərlotereya ASC-nin uyğunluq üzrə meneceri Fuad Eminov bildirir.
Nə müştəri, nə də məntəqə sahibi aludə olmalıdır
Mərc və idman oyunları sahəsi bəlkə də yeganə biznesdir ki, burada sahibkar müştərini həddən artıq pul xərcləməkdən qoruyur, baxmayaraq ki, əslində dövriyyənin artması məntəqənin xeyrinədir: «Bilirsiz, bu bir əyləncədir, kiçik məbləğdə pul yatırdın, qazandın və ya itirdin, çıxıb gedirsən. Müştəri buna gəlir mənbəyi kimi yox, əyləncə kimi baxmalıdır. Aludəçi olmaq olmaz, buna diqqət edirik, müştəriləri qoruyuruq, çalışırıq ki, burada xərclənən vəsait onun ailə büdcəsinə təsir etməsin» Talıb Məmmədov bildirir.
«Məsuliyyətli oyna - ehtiyacın üçün ayırdığın məbləği oyunda xərcləmə»
Məsələ təkcə məntəqə ilə bağlı deyil. İdman-mərc oyunlarının operatoru olan «Azərlotereya» ASC bu həssas məsələdə sosial məsuliyyət prinsiplərini əsas tutaraq «Məsuliyyətli oyna» çağırışını tətbiq edib. Bu unikal prinsipin əsasında müştərinin oyun barədə məlumatlı və məsuliyyətli olması, mərc oyununun hər şeydən əvvəl əyləncə olduğunu qəbul etməsi dayanır. «Ölçülü ol, daha çox qazanmaq üçün daha çox oynama. Özünə bir oyun limiti təyin et və ona sadiq qal, büdcəni aşma»-deyə «Azərlotereya» müştərilərinə çağırış edir.
Bu biznes modeli özünü Türkiyədə də təsdiqləyib
Yeri gəlmişkən, bu biznes modeli özünü qardaş Türkiyədə də təsdiqləyib. Bura Türkiyə və xarici ölkələrin liqaları, digər idman növlərinin nəticələri, burada xallar, vurulacaq qol sayı və sair göstəricilərə mərc etmək mümkündür. Nəticədə hazırda Türkiyədə bu üsulla 5 000-dən artıq diler məntəqələri üçün sabit biznes imkanı yaranıb.
Müştərinin həyatını dəyişən böyük uduşlar
Əyləncə öz yerində, amma «Misli» məntəqələrində müştərini həyatını doğrudan da dəyişən böyük uduşlar olur.
«Ən böyük uduş bizdə pandemiyadan qabaq 81 min manat olub. Ondan başqa bu yaxınlarda «Keno» oyununda iki dəfə dalbadal 25 min manat uddular» Talıb Məmmədov deyir.
Yeri gəlmişkən, qanuna əsasən, lotereyada olduğu kimi, idman mərc oyununda da üç min manatadək ödənişləri məntəqədə almaq mümkündür. Bundan artıq məbləğ müştəriyə nağdsız, bank hesabına ödənilir. 
Sonda qeyd edək ki, təcrübə "Misli" məntəqələrinin etibarlı və gəlirli biznes sahəsi olduğunu göstərir. Sahibkarlar bu sahəyə yatırım etməklə davamlı gəlirlilik imkanı qazana, yatırılan investisiyanı qısa müddət ərzində götürə bilərlər. / azxeber.com

Sosial       Tarix: 26 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq. 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq. Belə ki, "Əmək pensiyaları haqqında"

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Sumqayıtda 57yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəl

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana buğda göndərildi + YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli buğda Ermənistana göndərilib. KONKRET.azxəbər verir ki, Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınıb. * 

Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub

İyunun 22-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir. xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov "Teleqraf"

Ağstafaya dolu düşdü

Ağstafa rayonuna iri həcmli dolu düşüb. xəbər verir ki, dolu rayonun Aşağı Göycəli kəndinə yağıb. Təbiət hadisəsi saat 20 radələrində baş verib və təxminən 20-25 dəqiqə davam edib. Qeyd edək ki, dolu bəzi təsərrüfat sahələrin

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkd


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler son xeberler azerbaycan valyuta xeber.az bu gun