Missiyalı TƏXRİBAT və TƏHDİD - Aİ-nin missiyası bölgədə ancaq gərginliyin artmasına töhfə verəcək

Missiyalı TƏXRİBAT və TƏHDİD - Aİ-nin missiyası bölgədə ancaq gərginliyin artmasına töhfə verəcəkAvropa İtifaqının missiya qrupunun Ermənistanda yerləşməsi erməni silahlı birləşmələrini hərbi təxribatlara həvəsləndirir.
Bütövlükdə dünyanın hərb tarixinə öz damğasını vuran Vətən müharibəsindən sonra Ermənistan bir neçə dəfə təxribatlara əl atsa da, Azərbaycan Ordusu tərəfindən layiqli cavabla susdurulub. Bir müddətdir erməni tərəfinin sakit mövqe tutması, bunun fonunda sülh danışıqları ilə bağlı verilən mesajlar fərqli mənzərə yaratmaqda idi. Fəqət, ermənilər yenidən sərhəd boyu təxribata əl atıblar.
Belə ki, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Gəlin, öncə elə məsələnin bu tərəfinə aydınlıq gətirək: həqiqətən hərbi əməliyyat başlasa, bu, nə ilə nəticələnə bilər? Doğrudanmı, Ermənistan Azərbaycana qarşı nəsə etmək imkanındadır?
Hamı, o cümlədən Ermənistan yaxşı anlayır ki, Azərbayacana qarşı hər hansı hərbi əməliyyat keçirmək mümkün deyil. Ermənistan ordusunun məhv edildiyi, güclü Azərbaycana qarşı müqavimət imkanlarının olmadığı gün kimi aydındır. Bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi-psixoloji baxımdan Ermənistandan kifayət qədər üstün mövqedədir. Belə olan halda Ermənistanın təxribatlara əl atması heç də təsadüfi deyil. Bunun kökündə birmənalı olaraq regionda baş verən bir sıra proseslər dayanır.
Məlumdur ki, fevralın 20-də Avropa İttifaqının (Aİ) missiyası Ermənistanda fəaliyyətə başlayıb. 2 il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir. Ermənilərin fəallaşmasının kökündə elə məhz missiyanın bölgəyə gəlişi dayanır. Təsadüfi deyil ki, missiya fəaliyyətə başlayandan cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də Rusiyaı süılhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutmaq hünərini özündə tapıb.
Proqnozlaşdırıldığı kimi, Aİ-nin missiyası bölgədə ancaq gərginliyin artmasına töhfə verəcək. Yada salmaq vacibdir ki, Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bəyan edib. Missiyanın fəaliyyətə başlamasından cəmi 1 gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunun əyani sübutu deyilmi? Artıq erməni tərəfinin avropalı müşahidəçilərin regionda olmasını özləri üçün "təhlükəsizlik "çətiri" hesab etməsi ortadadır və missiya təxribatçıları cəsarətləndirmək rolunda çıxış etməkdədir. Erməniləri cəsarətləndirən Aİ missiyasının tərkibi ilə bağlı da qaranlıq məqamlar yetərincədir. Aİ bunu "mülki missiya" adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada əsl gerçəyi etiraf edib. Bildirilib ki, missiyada iştirak edən 100 nəfərdən 50 nəfər "silahsız müşahidəçidir". Bəs yerdə qalan 50 nəfər? Belə çıxır ki, missiyanın yarısı isə silahlı şəxslərdən ibarətdir. Bu məqamın erməni ictimaiyyətində də birmənalı qarşılanmaması diqqətdən yayınmamalıdır. Görünən odur ki, Ermənistanın mövcud rəhbərliyi ölkə ərazisinə Aİ-nin silahlı missiyasını buraxdığını öz ictimaiyyətindən də gizli saxlamağa üstünlük verib.
Gəlişi ilə bölgəyə gərginlik gətirən Aİ missiyasının fəaliyyəti yaxşı heç nə vəd etmir. Məğlub Ermənistanın missiyadan cəsarətlənib təxribatlara əl atması isə reallığı dəyişmək imkanında deyil.
Vətən müharibəsindən sonrakı zaman kəsiyi isbatlayıb ki, güclü, qalib Azərbaycan dövləti üçün erməni silahlı dəstələrinin hansı ölkənin, təşkilatın arxasına sığınması heç nə ifadə etmir. Azərbaycan indiyə qədər təxribatlara qətiyyətlə cavab verib və bu cavabların Ermənistanı hansı duruma salması da bəllidir. Azərbaycana qarşı "missiyalı təxribat və təhdid" davam edərsə, Azərbaycanın cavabının daha sərt şəkildə olacağı heç kimdə şübhə doğurmamalıdır.
Aİ missiyasının yarım silahlı şəkildə bölgəyə gəlməsinə region ölkələrinin münasibəti də maraq doğurmaqdadır. Rusiyanın Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə münasibəti yaxşı deyil. Missiyanın gəlişinə neqativ münasibətini bildirən Rusiya hələ ki, bununla kifayətlənib. Görünən odur ki, rəsmi Moskva açıq-aydın Rusiyanı regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə qarşı təsirli tədbirlər görmür və ya görmək istəmir.
Regona başqa qüvvələrin gəlməsinə razı olmadığı görüntüsünü yaradan, Azərbaycana qarşı yersiz ittihamlar irəli sürən İran isə tam susub. Düz sərhədinə avropalılardan ibarət silahlı missiyanın gəlişinə İran heç bir etiraz bildirməməklə, əslində əsl simasını yenidən nümayiş etdirir.
Elman Babayev / konkret.az

Siyasi       Tarix: 22 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az son xeberler azerbaycan son.xabar xeber saytlari