MKİ rusiyalıları "əməkdaşlığa" dəvət edir
Mərkəzi Kəşfiyyat İdarəsi ABŞ kəşfiyyatı ilə əlaqə saxlamaq və onlara informasiya ötürmək üçün rus dilində təlimat dərc edib.
KONKRET.az xəbər verir ki kəşfiyyat qurumu sosial mediada informatorların təhlükəsiz şəkildə məlumatı necə ötürmələri və eyni zamanda da bunun müqabilində "ələ keçməmələri" ilə bağlı ətraflı təlimatlar yayımlayıb.
MKİ əsasən Tor internet brauzerindən istifadəni məsləhət görüb ki, bu brauzer şəbəkəyə, həmçinin də VPN-nə anonim giriş etməyə imkan verir. Bundan əlavə, qurum bu məqsədlər üçün ev və ya ofis kompüterindən istifadə etməməyi məsləhət görür.
"Biz təhlükəsiz şəkildə əlaqənin qurulmasını təmin etmək istəyirik", – deyə Amerika kəşfiyyatının əməkdaşı bildirib. O iddia edib ki, rusiyalılar Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə yaratmağa çalışırlar.
Təlimata görə, informatorlar öz adlarını, ərazisindən müraciət etdikləri ölkəni, rəsmi vəzifələrini qeyd etməli, həmçinin "maraq doğuran məlumata hansı çıxış imkanlarının olduğunu" dəqiqliklə bildirməlidirlər. Keçmiş əməkdaşların sözlərinə görə, bütün bu məlumatlar sonra ətraflı şəkildə öyrənilir və yoxlanılır.
Bu "yeni yanaşma" ilə Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi məlumatları cəlb etmək və həmçinin Rusiyanın rəsmi gizli məlumatlarına giriş imkanı əldə etməyi nəzərdə tutduğu bildirilir.//Oxu.az

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi