MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi
Milli Məclis Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib.
Bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən səfirlik Lissabon şəhərində yerləşəcək.
Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycanla Portuqaliya münasibətləri dostluq əlaqələri üzərində qurulub:
"Azərbaycanın Lissabonda səfirliyinin açılması iki ölkə arasında əlaqələrə ciddi töhfələr verəcək. Bu eyni zamanda parlamentlərarası münasibətə də təkan verəcək".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib:
"Bu yaxınlarda Portuqaliyanın da Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq".
Müzakirələrdən sonra layihə bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK