Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Moldova hökuməti Dağlıq Qarabağdakı münaqişəyə ilk dəfə rəsmi reaksiya verib.
Bu barədə "eNews" xəbər yayıb.
Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tsulya azərbaycanlı həmkarı Ceyhun Bayramova Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.
Eyni zamanda, o, ölkəsinin Azərbaycan dövlətinin ərazi bütövlüyünə dəstəyini dilə gətirib.
Tsulya bu hadisəni Dnestryanı bölgədəki vəziyyətə bənzədərək, Moldovanın dondurulmuş münaqişənin nə olduğunu hamıdan yaxşı bildiyini vurğulayıb. Nazir bu məsələlərin sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib və beynəlxalq ictimaiyyətin səyləri sayəsində Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların dayandırılacağına inandığını bildirib. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."