Moldova MDB-ni tərk edə bilər
Ukraynada müharibə başa çatdıqdan sonra Moldova Respublikası Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olaraq qalıb-qalmayacağına qərar verməlidir.
KONKRET.azxəbər verir ki, bunu Moldova parlamentinin sədri İqor Qrosu ölkə radiosuna müsahibəsində deyib.
Parlament sədri bildirib ki, Moldova MDB-yə üzvlüyün müsbət və mənfi tərəflərini hesablayıb siyasi qərar verməlidir.
"Hazırkı vəziyyətdə MDB çərçivəsində baş verən tədbirlərdə iştiraka ehtiyac görmürük. Bu təşkilatla davam edib-etməməklə bağlı, düşünürəm ki, siyasi müzakirələrimiz olmalıdır. Müharibə bitdikdən və vəziyyət sabitləşdikdən sonra biz qərar verə bilərik. Çünki bu təşkilata üzvlüyün mənfi və müsbət tərəflərini diqqətlə hesablamalıyıq. Bir məsələ dəqiqdir: indi istehsalçılarımız şərab və digər məhsullara qoyulan embarqodan dərs götürdülər. Bu, bizi başqa bazarlar tapmağa vadar etdi. İndi məhsullarımızın 70%-i Avropa ölkələrinə gedir. Bu, böyük, sabit bazardır. Ən yaxşı yol ixracı şaxələndirmək və sabit bazarlara istiqamətləndirməkdir, ən sabit bazar isə Aİ bazarıdır" – Moldova parlamentinin spikeri qeyd edib.//APA

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun