Moldova mətbuatında Heydər Əliyevə həsr olunmuş məqalə dərc olundu - FOTO

Moldova mətbuatında Heydər Əliyevə həsr olunmuş məqalə dərc olundu - FOTOMoldova mətbuatında Heydər Əliyevə həsr olunmuş məqalə dərc olundu - FOTO
Moldovanın aparıcı və böyük oxucu auditoriyasına malik olan KİV-də Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun Ulu Öndər Heydər Əliyev barədə yazdığı və "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdiyi məqaləsi rus və rumın dillərində dərc olunub.
Səfir yazıda qeyd edir ki, Ulu Öndər artıq 17 ildir ki, aramızda yoxdur, yalnız onun fikirləri, qazandığı uğurlar və onun əsas əsəri olan müstəqil, uğurlu Azərbaycan əbədi yaşayır və yaşayacaq.
Yazıda həmçinin bildirilir ki, azərbaycanlıların yaşadığı dünyanın bütün ölkələrində soydaşlarımız tərəfindən Ulu Öndərin əziz xatirəsi böyük ehtiram və hörmətlə anılır, tədbirlər keçirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin Moldovada da yad edildiyi bildirilir.
Qeyd olunur ki, o Moldovada müxtəlif iqtisadi layihələri təbliğ edib, hər zaman xalqlarımızın çox oxşar çalışqan, qonaqpərvər, səxavətli olduğunu qeyd edib. Həmçinin yazıda diplomat Səfirliyin ərazisində tezliklə Heydər Əliyevin büstünün qoyulacağını, Moldovada yaşayan soydaşlarımızın ümummilli liderin xatirəsini ehtiramla yad etmək üçün gül dəstələri qoya biləcəyi meydanın tikildiyini qeyd edir. O, artıq yazda bu işlərin başa çatacağını vurğulayır.
Bundan əlavə, məqalədə Heydər Əliyevin ölkəmizin çətin bir dövründə xalqın tələbi ilə hakimiyyətə qayıtması, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlardan, ölkəmizdə sabitliyin təmin edilməsi və iqtisadi inkişaf dövrünə qədəm qoymasında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs olunur.
Eyni zamanda, diplomat qeyd edirki, bu il Heydər Əliyevin ən böyük arzusu gerçəkləşdi - Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni işğalına son qoydu, torpaqlarını geri qaytardı, ölkəmizin şanlı bayrağı isə Şuşada, Qarabağda dalğalanır!
Bundan əlavə, məqalədə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunur. Qeyd olunur ki, Heydər Əliyevin həyatı xalqına, ölkəsinə fədakar xidmətin parlaq nümunəsidir.
"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam," – Heydər Əliyev demişdi. Yazıda vurğulanır ki, bu sözlər hər bir azərbaycanlı üçün vətəninə məhəbbət, vətənpərvərlik şüarına və rəmzinə çevrilib.
Moldova KİV-də dərc olunan yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
Moldova mətbuatında Heydər Əliyevə həsr olunmuş məqalə dərc olundu - FOTO

Sosial       Tarix: 13 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 bu gunun xeberleri haqqinda melumat enson xeberler gunun xeberleri