Moody's 'Bank Respublika'nın reytinqini 'stabil' proqnozla 'B2' səviyyəsinə yüksəldib
Moodys Beynəlxalq Reytinq Agentliyi "Bank Respublika"nın reytinqlərinə yenidən baxdıqdan sonra yerli və xarici valyutada olan bank depozitlərinin uzunmüddətli reytinqlərinin sabit proqnozla B3-dən B2-yə yüksəldiyini açıqlayıb.
azxeber.com xəbər verir ki, Moodys-in analitikləri qeyd edirlər ki, Bankın kredit reytinqinin (BCA) b3-dən b2-yə yüksəldilməsi, nəzərdən keçirilən dövr ərzində "Bank Respublika"nın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması və gəlirliliyinin yüksəldilməsi istiqamətində uğurlu səylərini əks etdirir.
Agentliyinin hesabatında həmçinin qeyd olunur ki, reytinqlərin yüksəldilməsinə təsir edən mühüm amil bankın gəlirliliyinin yaxşılaşması olub. Belə ki, 2022-ci il ərzində Bank Respublika 24 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2021-ci ilin göstəricisini 165% üstələyir. 2022-ci ildə xalis gəlirin maddi aktivlərə nisbəti 1,6% təşkil edib. Moodys hesab edir ki, növbəti 12-18 ay ərzində Bank Respublika 2018-ci ildən bəri müsbət dinamikanın təsdiqi kimi sabit xalis gəlir əldə etməkdə davam edəcək.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları sırasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR