Moskvada "Azərbaycanda daşınmaz əmlaka investisiyalar" mövzusunda görüş keçirilib - FOTO

Moskvada Moskvada "Azərbaycanda daşınmaz əmlaka investisiyalar" mövzusunda görüş keçirilib - FOTO
Moskvada "Azərbaycanda daşınmaz əmlaka investisiyalar" mövzusunda ictimai görüş keçirilib.
"Report"un verdiyi məlumata görə, "Agalarov Development" şirkətinin "RBK Nedvijimost" ilə birgə təşkil etdiyi tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, Rusiyanın iri inşaat şirkətlərinin və beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə turizm sənayesinin inkişafı üçün mühüm işlər görülür. F.Nağıyev qeyd edib ki, hazırda Azərbaycan ÜDM-də tuizm sektorunun payı 2,3 faizədək artıb, bu ilin 10 ayı ərzində ölkəmizi 1,7 milyon əcnəbi turist ziyarət edib. Dövlət Turizm Agentliyinin sədri Azərbaycanda investorlar üçün yaradılmış şərait barədə ətraflı məlumat verib.
"Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov dünyanın bir çox ölkələrində olduğu kimi, Rusiyada da sərmayədarların Azərbaycana marağının artdığını deyib.
"Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bundan əlavə, Azərbaycan zəngin tarixə, mədəniyyətə malik ölkədir", - deyə E.Ağalarov bildirib. O, Xəzər sahilində reallaşdırılan "Sea Breeze Resort" kurort kompleksi barədə məlumat verib. Azərbaycanın həm turizm, həm də sərmayə baxımından cəlbedici ölkə olduğunu vurğulayan E.Ağalarov azad edilmiş ərazilərin turizm və investisiya potensialını diqqətə çatdırıb.
"NF Group" şirkətinin xarici daşınmaz əmlak departamentinin rəhbəri Anna Larina, "B1" şirkətlər qrupunun təmsilçisi İlya Suxarnikov, "AZAL" QSC-nin Rusiyadakı nümayəndəsi Tariyel Tahirov və başqaları çıxış edərək, Azərbaycan və Rusiya arasında iqtisadi sahədə, o cümlədən, daşınmaz əmlak və turizm sahələrində əməkdaşlığın perspektivlərindən danışıblar.
Tədbirdə Azərbaycanda daşınmaz əmlaka investisiyalar üçün siyasi-iqtisadi şərtləri və digər mövzular müzakirə edilib.
Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada

Turizm       Tarix: 22 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeber az son xeberler bugun 2026 canli kriminal bugun