Moskvada tikintidə yüzdən çox miqrantın iştirakı ilə KÜTLƏVİ DAVA - VİDEOLAR
Moskvada miqrantlar arasında kütləvi dava baş verib.
KONKRET.azxəbər verir ki, bu barədə videolar Telegram kanallarda yer alıb.
Onlarla miqrant "Paytaxtın ürəyi" yaşayış kompleksinin yaxınlığındakı tikintidə dava edib.
Moskvada "Paytaxtın ürəyi" yaşayış kompleksində Şelepixinskaya sahili yaxınlığında tikinti meydançasında miqrantların kütləvi davası olub.
Kadrlardan görünür ki, döyüşdə taxta və armaturlarla silahlanmış onlarla işçi iştirak edir. Onlar bir-birinin üstünə qışqırıb daş atırlar. Döyüşən kütlə tədricən tikilməkdə olan binanın içərisinə doğru hərəkət edir. Bu zaman davaya daha çox miqrant qoşulur.
Məlumata görə, davada 60-a yaxın Tacikistan və 70 Özbəkistan vətəndaşı iştirak edib.
Radiostansiyanın məlumatına görə, hadisə aprelin 1-də baş verib. Polis hadisə ilə bağlı açıqlama verməyib. İtkilər barədə məlumat yoxdur.
Bundan əvvəl Moskva kafelərinin birində müşahidə kamerası miqrantlar arasında baş verən bıçaqlı davanı lentə alıb. Ofisiant süfrə arxasında yuxuya getmiş, xoşuna gəlməyən qonağı oyatmağa çalışıb. Nəticədə kafenin işçisi kürəyindən bıçaqlanıb.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi