"Moskvanın Bakı ilə gizli razılaşması var" - Erməni deputat
"Biz KTMT-nin üzvüyük, amma Rusiyanın başçılıq etdiyi KTMT bizə heç bir silah vermir, halbuki biz ödəmələri əvvəlcədən etmişik".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni deputat Qaqik Melkonyan deyib.
O bildirib ki, Rusiya ödənilən məbləğləri geri qaytarmır.
"Digər tərəfdən Rusiya da Bakının müttəfiqidir və hesab edirəm ki, onun Ermənistanı silahlandırmaması ilə bağlı Bakı ilə razılaşması var", – deyə Melkonyan bildirib.
Deputat Rusiyanın əvvəllər Ermənistana silah verməsi ilə bağlı iradlara cavab olaraq vurğulayıb:
"Əvvəllər bizim biabırçı razılaşmamız var idi ki, silahı yalnız Rusiyadan almalıyıq. Rusiya isə bizə köhnə silahlar, köhnə texnika verirdi. Son illərdə isə ümumiyyətlə heç nə verməyiblər. Serj Sarkisyanın vaxtında bizə İskəndəri verdilər, sevindik, sonra anladıq ki, İskəndərlər də İskəndər deyil. Bunlar adi mərmilər idi. Əminəm ki, burada da Azərbaycanla razılaşma olub, onlar deyirdilər: "İskəndərlərdən qorxmayın, bu məsələ həll olunub", – deyə erməni deputat fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Vardanyanın arvadı Bakıya gəlmək istəyir
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında