"Moskvanın Bakı ilə yaxınlaşması təsadüf deyil, nəticələr tezliklə bilinəcək" - Tarasov
Rusiya Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişir.
KONKRET.az xəbər verir ki, rusiyalı analitik Stanislav Tarasovun Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük səfəri barədə analitik məqaləsi Regnum.ru-da dərc olunub.
"Səfər zamanı verilən açıqlamalardan nəticə çıxarsaq, Rusiya Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişməyə başlayır. Xüsusilə, Moskva "Moskva-Bakı-İrəvan üfüqi diplomatiyası"ndan "Moskva-Bakı şaquli diplomatiyasına" keçid edir.
Bununla təkcə ikitərəfli ticarət-iqtisadi layihələrinin deyil, həm də Şimal-Cənub nəqliyyatının həyata keçirilməsini ön plana çıxarır.
Hazırda Rusiya ilə Azərbaycan arasında imzalanmış 150-dən çox beynəlxalq hüquqi akt var. Moskva ilə Bakı arasında ən geniş və yüksək səviyyədə daimi və qarşılıqlı etimad mühitinə əsaslanan dialoq mövcuddur.
Təkcə ötən il Rusiya və Azərbaycan liderləri 7 dəfə görüşüb, 12 telefon danışığı olub", – deyə Tarasaov bildirib.
Rusiyalı ekspertin sözlərinə görə, Lavrovun Bakı səfərindən anlamaq olar ki, Moskva artıq Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi baxımından hər hansı digər oyunçunun təşəbbüs göstərə biləcəyindən xüsusi narahat deyil.
"Bu baxımdan digər qüvvələrin mötədilliyi çətin ki, təsirli olsun. Çünki Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı xüsusi əhəmiyyətli müsbət irəliləyişlər olmadığı üçün təsir etməyəcək. Moskva və Bakının regional siyasətlə bağlı məsələlərdə öz fəaliyyətlərini bu qədər əlaqələndirməyə başlaması və beləliklə, geosiyasi məsələləri birlikdə həll etməsi təsadüf deyil. Nəticələr tezliklə bilinəcək", – deyə Trasov vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir