Mövlud Çavuşoğlu: "Ermənistan tərəfi narahat olmağa başlayır" - VİDEO
"Azərbaycanın 44 günlük müharibədəki hərbi zəfərindən sonra biz Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinin tərəfdarıyıq".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Haber Global" telekanalına müsahibəsində deyib.
Türkiyənin XİN başçısı vurğulayıb ki, Cənubi Qafqazda sabitlik yalnız Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən sonra mümkün ola bilər.
"Azərbaycan artıq bu istiqamətdə təkliflə çıxış edib. Azərbaycan və Ermənistan XİN başçılarının Brüssel görüşü zamanı sözügedən istiqamətdə fəaliyyətin qurulmasına dair danışıqlar aparıldı. İki ölkə arasında sərhəd komissiyaları yaradıldı".
Mövlud Çavuşoğlu Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini xatırladıb:
"Bilirsiniz, Zəngəzur dəhlizi məsələsi var. Bunları səsləndirdikdə Ermənistan tərəfi narahat olmağa başlayır. Bütün bu məsələlər sənin özünün imza atdığın üçtərəfli bəyanatda öz əksini tapıb. Sən bölgədə, həqiqətən, sülh və əməkdaşlıq istəyirsənmi? Üstəlik, anlaşmaya görə, Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olması ilə bərabər, Ermənistan hərbçiləri oranı tərk etməli idilər. Amma iki il keçib və hələ də orada erməni əsgərlər var".

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?