Mövlud Çavuşoğlu Qarabağ barədə: "Uzunmüddətli sülh üçün real şans yaranıb"

Mövlud Çavuşoğlu Qarabağ barədə: "Uzunmüddətli sülh üçün real şans yaranıb" Mövlud Çavuşoğlu Qarabağ barədə: "Uzunmüddətli sülh üçün real şans yaranıb"
Türkiyə Azərbaycanın Ermənistanın işğalından azad edilmiş torpaqları bərpa etmək üçün səylərini dəstəkləyəcək, həmçinin Dağlıq Qarabağda atəşkəsin monitorinqində iştirak edəcək.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Küresel Medya" nəşrinə müsahibəsi zamanı deyib.
Türkiyə XİN rəhbəri Ermənistanın demək olar ki, 30 il müddətində beynəlxalq hüquq normalarına nümayişkar şəkildə məhəl qoymadığını və Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini xatırladıb.
"Ermənistan tərəfinin təcavüzkar fəaliyyətlərinə və hücumlarına baxmayaraq, Azərbaycan işğal olunmuş torpaqları üzərində nəzarəti bərpa edə bildi. Bakı üçtərəfli bəyanatın imzalanması ilə başa çatan 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonu geri qaytardı. Yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmasına şərait yaradan atəşkəs rejimi təmin edildi", - deyə nazir bildirib.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli birgə bəyanat əsasən Minsk prosesi çərçivəsində illərdir irəli sürülən ideya və prinsipləri əks etdirir.
"ATƏT-in Minsk Qrupu lazım olacağı halda yenidən öz rolunu oynaya bilər. Bunun üçün həmsədrlər ilk növbədə konstruktiv və konkret yanaşma tutmalı, əvvəllər göstərilən zəif vasitəçilik səviyyəsindən dərs çıxarmalıdılar", - deyə M.Çavuşoğlu bildirib.
Türkiyəli nazir bu gün regionda uzunmüddətli sülh üçün real şansın meydana gəldiyini vurğulayıb.
"Türkiyə Rusiya ilə birlikdə Qarabağda atəşkəs rejiminə nəzarət üçün monitorinq mərkəzi yaradıb. Atəşkəs çox vacib bir komponentdir və saxlanılmalıdır. Biz Ermənistan tərəfindən razılaşmaların şərtlərinə əməl etməsini gözləyirik. İrəvan özbaşına yeni sərgüzəştlər axtarmamalı və Azərbaycanın bir vaxtlar işğal olunmuş bütün torpaqları üzərində Bakının suverenliyinin tanınması nəzərə alınmaqla, uzunmüddətli siyasi tənzimlənməni təmin etmək səylərini dəstəkləməlidir", - deyə nazir qeyd edib.
M.Çavuşoğlu vurğulayıb ki, əgər üçtərəfli bəyanat təsirli olarsa və Azərbaycanla Ermənistan arasındakı dialoq yoluna qoyularsa, bu, şübhəsiz ki, Ankara ilə İrəvan arasındakı münasibətlərə də müsbət təsir göstərəcəkdir.
"Bölgədəki sabitlik həmçinin erməni xalqının və Ermənistanın da maraqlarına cavab verir. Biz regionu bütün ölkələrin vahid əməkdaşlıq zonası kimi qəbul edirik. Buna görə də Azərbaycanın regionda altıtərəfli əməkdaşlıq platforması yaratmaq təşəbbüsünü dəstəkləyirik. Bu, sülhə müsbət təsir göstərəcək, regionun bütün sakinlərinin rifah halını yüksəldəcək", -deyə türkiyəli nazir əminliyini ifadə edib. /oxu.az

Siyasi       Tarix: 14 yanvar 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbər azerbaycanda son xeberler xeberler az ən son xəbər