Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: "Millət ucuz mal yeyə bilmir" - REPORTAJ + FOTO

Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: "Millət ucuz mal yeyə bilmir" - REPORTAJ + FOTO
Bakı bazarlarında mövsümi meyvələr göz oxşasa da, qiymətləri heç də hamının ürəyincə deyil. Bölgələrdə çox ucuz olan meyvələrin paytaxtda baha satılması az adamı narahat etmir. Üstəlik, hərdən paradoksla da rastlaşırıq: mövsümü olmadığı vaxt ucuz satılan meyvələr öz mövsümündə ikiqat baha satılır və ya əksinə.
Paytaxt əhli arasında ən sərfəli alış-veriş məkanlarından biri kimi tanınan "8-ci km bazarı"nda mövsümlə əlaqədar vəziyyətin necə olduğunu öyrənmək üçün Oxu.Az-ın əməkdaşları oraya baş çəkiblər.
Diqqətimizi çəkən ilk məqam bazardakı seyrəklikdir. Əvvəlki qədər sıxlıq müşahidə olunmur. Piştaxtalar isə az qala məhsulun ağırlığından sınır.
Bazarın rəngi az qala qırmızı-yaşıldır: hara baxırsan, çiyələk və alça görürsən. Ümumi müşahidələrdən aydın olur ki, mövsümi meyvələrin qiyməti keçənilki kimi "əl yandırmır".
Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: Satıcı deyir ki, qiymət ölçüyə görə dəyişir:
"Çiyələyin bir kiloqramı 2 manat 50 qəpik, alçanın - 4 manat 50 qəpikdir. Meyvənin ölçüsünə görə qiymətlər dəyişir. Məsələn, kiçik ölçülü alçalar 1 manat 50 qəpikdir. Alıcılıq qabiliyyəti normaldır. Çünki qiymətlər ucuzdur. Bəzi yerlərdə çiyələyin iki manata satıldığı deyilir. Amma 2 manat 80 qəpiyə satırlar. Kələk gəlməyə çalışırlar. Bu düzgün deyil. Hər kəs çörəkpulu üçün çalışır".
Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: Digər bir satıcı da alıcılıq qabiliyyətindən narazı olmadığını qeyd edir:
"Məhsul bol olanda qiymət də dəyişir. Üç gün bundan öncə çiyələk beş manata idi. İndi isə 2 manat 50 qəpik olub. Hər birinin öz qiyməti var. Satış normaldır. Narazılıq yoxdur".
Topdansatışdan 2 manat 60 qəpiyə aldığımız malın üzərinə 20 qəpik qoyub satırıq. Çox deyil. Normaldır. Bunun yerpulu var. Alıcılar bunu başa düşmürlər. Baha deyil axı. Nəzərə almaq lazımdır. Biz evə 10-15 manat aparırıq, ya aparmırıq. Fırıldaq işlətmirik".
Alıcılıq qabiliyyətindən şikayətlənən də var:
"Satılsa, satarıq. Mallarımızı alan yoxdur. Alan olsa, mal heç burada qalmaz. Millət ucuz mal yeyə bilmir. Baha olsa, tez alacaqlar".
Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: Həmin satıcının piştaxtasında alçanın qiyməti yeddi manatdan başlayır:
"Alıcılıq çox zəifdir. Çiyələyin qiyməti 3 manat 50 qəpik və ya 3 manatdır. Qiymət məhsulun iriliyi, xırdalığı, sortu və şirinliyinə görə dəyişir. Güzəştlər də edilir. İstərdik ki, yaxşı olsun. Hər kəsin malı satılsın.
Əvvəlki illərə nisbətən alıcılıq qabiliyyəti zəifdir. Ötən illər daha yaxşı idi. Hazırda qiymətlər yuxarıdır. Hər şey bahalaşıb. İnflyasiyadır. Baha olanda da istənilən malın alıcılıq qabiliyyəti aşağı düşür".
Satıcılardan digəri alıcılıq qabiliyyətinin ildən-ilə azaldığını vurğulayır:
"Alıcılıq aşağıdır. Bəzən körpə uşaq gəlir. Anası ona çiyələk ala bilmir. Hamısı kasıblıqdandır. İstərdik ki, hər kəs ala bilsin. Sovet dövründəki kimi sovxoz, kolxoz olsa, qiymətlər yüksək olmaz, tarazlıq olar. İstərdik ki, yaxşı olsun, iqtisadiyyatımız güclənsin. Hər kəs çörəkpulu üçün buradadır".
Bazarın çərəz satılan hissəsinə baş çəkirik. Çeşid çoxluğu burada da göz önündədir, amma satıcılar bikarlıqdan gileylənirlər:
Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: "Alıcılıq qabiliyyəti zəifdir. Bayramda da zəif idi. Qiymətlər eynidir. Ləpənin qiyməti yeddi manatdan başlayır. Bahalaşma qəti şəkildə yoxdur. Endirimlər də edirik. Axşambazarı məhsul daha ucuz satılır ki, əldə qalmasın".
Süd məhsulları satılan hissədə də alıcılıq qabiliyyəti baxımından vəziyyət eynidir, amma qiymət məsələsi fərqlidir. Satıcılar da etiraf edirlər ki, məhsullar bahalaşıb:
Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: "Süd məhsulları bahalaşıb. Əvvəl 4 manat 50 qəpiyə aldığımız məhsulu indi 5 manata alırıq. Daim ehtiyac var. Amma alıcılıq qabiliyyəti aşağıdır. Bazardan süd-qatıq alan yoxdur. İnsanlar marketlərə daha çox üz tuturlar. Baha olsa da, marketdən alırlar".
Alıcılardan biri isə süd məhsullarının qiymətinin normal olduğunu qeyd edir:
"Qane edir. Bahalaşma yoxdur. İndi kilosu 6 manata pendir aldım. Bura marketlərə nisbətən yaxşıdır. Mövsümi meyvələr bahadır. Çiyələk, alça od tutub yanır. Ona görə də ala bilmirəm. Quru meyvələri bayramdan sonra almamışam. Lakin dədə-babadan bahadır. Belə olmaz".
Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: Mövsümü olmayan meyvələrin isə sanki "benefisi"dir. Satıcılardan biri şaftalının bir kiloqramının 30 manata olduğunu deyir:
Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: "Qarpızın bir kiloqramı 2, qaysının bir kiloqramı 10, armudun - 4 manat 50 qəpik, üzümün - 3 manat 50 qəpik və 6 manat arası dəyişir. Mövsümü olanda ucuz olur. İndi isə bahadır. Az qaldığı üçün belədir. Əvvəl 100 nəfər satırdısa, indi 10 nəfər satır. Alıcısı da var. Mövsümü olmayan nar indi 3-4 manata satılır. Mövsümündə isə daha baha idi. Marketlər meyvəni ucuz qiymətə verirlər. Amma digər malları baha satırlar. Ona görə də bazardan meyvə alan yoxdur".
Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: Satıcı sonda qeyd edib ki, mövsümü meyvələr baha satılsa da, alan var:
Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: "İnsanlar ucuz satılan mövsümi meyvələrdən daha çox, mövsümü olmayan meyvələri alırlar. Çox qəribədir. Yəqin, baha qiymətə satılan məhsula tələbat artıb. Zəmanə, yəqin, bunu tələb edir".
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı     Baxılıb: 328   Tarix: 27 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT. Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. Tədqiqa

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI. 2024-cü ildə dünyada ən çox satılan telefon markalarının adları açıqlanıb. Məlum olub ki, bunlar "Apple" və "Samsung"dur. -ın məlumatına görə, b

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler cəbhədən şad xəbər krimnal bugun siyaseti xeberler bugun