Mübariz Mənsimovun qardaşından Prezidentə şikayət: "Pullarımızı mənimsəyib" — VİDEO

Mübariz Mənsimovun qardaşından Prezidentə şikayət: İş adamı, Türkiyədə fəaliyyət göstərən "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova aid "PalSüd" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışmış işçilərin pulları geri qaytarılmır. 
Bu barədə Demokrat.az-a "PalSüd" MMC-nin keçmiş işçiləri müraciət ünvanlayıblar.
Müraciəti zavod üçün süd toplayan şəxslər edib və pullarının mənimsənildiyini iddia edirlər: 
""Palsüd" MMC-nin süd zavodu üçün Masallı rayon və onun əhatəsində olan kəndlərində əhalidən süd qəbul etmişik. Məhsulu rayonun Şərəfə süd qəbulu məntəqəsi, Mahmudavar süd qəbul məntəqəsi və "Palsüd" MMC-nin süd zavoduna təhvil vermişik. Südü sözügedən zavoda 2016-2017-ci illərin avqust, sentyabr, oktyabr aylarında hər litri 0.35 və ya 0.40 AZN-ə satmışıq. Satılmış südə dair qarşı tərəfə inandığımız üçün heç rəsmiləşdirmə aparılmayıb. Bizim əhalidən yığdığımız tonlarla südün pulunu zavodun direktoru Mais Mənsimov bir neçə ildir ki, yalandan vəd versə də bu günə qədər ondan pulumuzu ala bilmirik.
İlk vaxtlar südü təhvil verdikdan sonra hissə-hissə pulumuzu alsaq da, ancaq sonradan pulun ödənişi tamamilə dayandırılıb. 
Pulumuzu ala bilmədiyimiz üçün keçən il şikayətimizi Masallı rayon polis bölməsinə etdik. Massallı rayon polis şöbəsinin müstəntiqi Nizami Canıyev bizim pulumuzu aldığımıza dair sanədə imza atacağımız halda, şikayətimizin tezlikla həll ediləcəyinə söz verdi. 
Biz də səlahiyyətli şəxs olan Nizami Canıyevə inanaraq pulumuzu aldığımıza dair sənədə imza atdıq. Lakin, bundan aylarla keçməsinə baxmayaraq hələ də pulumuzu ala bilməmişik. 
Müvafiq qurumlara bununla bağlı şikayət ünvanlamağımıza baxmayaraq, bizim şikayətimizə baxan yoxdur. 
Pandemiya ilə əlaqədar olaraq hər kəs kimi, bizim də yaşayış səviyyəmiz ürəkaçan deyil. Yuxarıda göstərilən məbləğləri bizlər borc-xərclə, bankdan kredit götürməklə, uşaqlarımızın boğazından kəsərək süd topladığımız fermerlərin borclarını ödəmişik. Pulların ödənilməsi üçün son ümid yerimiz Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevadır. Ali Baş Komandana və Mehriban xanıma müraciət edərək, məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edirik".
Şikayətçilər bildirir ki, Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun onlara ümumilikdə (16 nəfər şəxsə) 212 min 934 AZN borcu var.
Həmin şəxslərin siyahısını təqdim edirik:
Tahirov Xanbala Şabala oğlu - Lənkaran rayonu, Boladi kandi (25 200 AZN), 
Hüseynov Qulamhüseyn Hüseyn oğlu - Masallı rayonu, Xıl kəndi (10 000 AZN), 
Rəhimov Dövlət Rizvan oğlu - Lənkaran rayonu, Cil kəndi (30 000 AZN),
Talibov Məmməd Ərastun oğlu - Masallı rayonu, Boradigah qəsəbəsi (30 000 AZN), 
Nəsirov Şaiq Sabir oğlu - Lənkaran rayonu, Zövlə kəndi (10 000 AZN),
Nuriyev Əlizada Oqtay oğlu - Lənkaran rayonu, Cil kəndi (24 000 AZN), 
Qasimov Həmdulla Tağı oğlu Masallı rayonu, Sinabil kəndi (9 000 AZN).
 

Sosial       Tarix: 23 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün enson xeberler son xəbər azerbaycan son xeber bugun