"Mübarizəmizi davam etdirəcəyik" - Şahramanyandan SƏRSƏM AÇIQLAMA
Özünü buraxmış qondarma rejimin keçmiş "rəhbər"i Samvel Şahramanyan Qarabağdan Ermənistana köçdükdən sonra dünən axşam saatlarında tanınmayan "DQR"in Ermənistandakı nümayəndəliyində geniş məsləhətləşmələr keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə "Joqovurd" məlumat yayıb.
Qəzet bildirib ki, məsləhətləşmənin gündəliyində separatçı rejim "rəhbər"i tərəfindən bir sıra mühüm mövzular müzakirə edilib. Xankəndidə olarkən quzuya dönən, öz nümayəndələrini Yevlaxa azərbaycanlılarla görüşə göndərən separatçı lider İrəvanda "kükrəyib". O, qondarma respublika uğrunda mübarizəni davam etdirəcəklərini deyib:
"Samvel Şahramanyan "Artsax"ın və ümumiyyətlə, siyasi elitanın qarşısında duran prioritet məsələləri təqdim edib. Bu, ilk növbədə, Bakıdakı "Artsax" "liderlər"inin qaytarılması istiqamətində atılacaq addımlardır. "Prezident" bu məqsəd üçün istənilən platformadan və vasitədən istifadə etməyi tapşırıb".
KİV yazır ki, məsləhətləşmələrin ikinci hissəsi isə Qarabağdan Ermənistana köçən yerli ermənilərin sosial problemlərinin həlli və onların işlə təmin olunması məsələsi olub.Yenisabah.az
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ