Müctəba Xamenei ilə bağlı elə bir iddia yayıldı ki... - ABŞ və İsrail ŞOKDA

Yaxın Şərqdə artan gərginlik fonunda İranın ali siyasi rəhbərliyi ilə bağlı yayılan xəbərlər yenidən informasiya gündəminin mərkəzinə çevrilib. Xüsusilə, Müctəba Xameneinin taleyi ilə bağlı səsləndirilən ziddiyyətli iddialar beynəlxalq mediada geniş müzakirə olunur, rəsmi açıqlamalarla qeyri-rəsmi məlumatlar arasında ciddi fərqlər diqqət çəkir. Bəziləri onun sağ və fəaliyyətini davam etdirdiyini bildirir, digərləri isə ağır xəsarət aldığı və ya öldürüldüyü iddialarını gündəmə gətirir.
Bəs bu məlumatlar nə dərəcədə doğrudur və gerçəklik harada bitir, informasiya müharibəsi harada başlayır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Elşən Manafov bildirib ki, İran rəhbərliyinin sağlamlıq durumu haqqında yayılan xəbərlər informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir:
Müctəba Xamenei ilə bağlı elə bir iddia yayıldı ki... - ABŞ və İsrail ŞOKDA"İranın ali siyasi rəhbərliyi ilə bağlı mətbuatda və KİV-lərdə yer alan məlumatlar ziddiyyətlidir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani (Bəqai) onun sağ olduğunu və dövlətə rəhbərlik etdiyini bildirib. Digər tərəfdən, Donald Tramp da mediaya açıqlamasında Xameneinin sağ olduğunu, lakin ciddi xəsarət aldığını qeyd edib."
Politoloqun sözlərinə görə, Rusiyanın İrandakı səfiri də Xameneinin sağ olduğunu və ölkədə idarəetmənin normal şəkildə davam etdiyini vurğulayıb. Bu isə göstərir ki, yayılan ölüm xəbərləri daha çox dezinformasiya xarakteri daşıya bilər.
"Vaşinqtonun "idarə olunan xaos" strategiyasını tətbiq etməklə İranın müqavimət imkanlarını sarsıtmaq və onu məğlubiyyətə sürükləmək niyyəti açıq görünür. Bu kontekstdə belə xəbərlərin yayılması psixoloji və informasiya təzyiqi vasitəsi kimi istifadə olunur. Eyni zamanda, regionda gərginliyin artması, xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr qlobal enerji bazarına və ərzaq təhlükəsizliyinə də ciddi təsir göstərir".
Politoloq vurğulayır ki, İranın dövlətçilik institutları kifayət qədər oturuşmuş mexanizmlərə malikdir və idarəetmə yalnız bir şəxsdən asılı deyil:
"İran böhranlı vəziyyətlərdə belə işlək dövlət sisteminə sahibdir. Bu baxımdan, tək bir şəxslə bağlı yayılan xəbərlərin ölkənin ümumi idarəetmə qabiliyyətinə həlledici təsir göstərəcəyi inandırıcı deyil."
Nəticə etibarilə, Müctəba Xameneinin öldürülməsi ilə bağlı iddiaların təsdiqlənmiş faktlara söykənmədiyi, daha çox informasiya müharibəsinin elementi kimi ortaya atıldığı ehtimal olunur.
Ekspert belə həssas mövzularda yalnız rəsmi və təsdiqlənmiş mənbələrə istinad etməyi tövsiyə edir.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 01 aprel 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri cəbhədən son xeber bugünki xəbərlər bugunun xeberleri