"Muğan Bank"ın əmanətçilərinin pulları qaytarılacaq?

"Muğan Bank"ın lisenziyasının ləğv edilməsi təəccüb doğurmadı.
KONKRET.azxəbər verir ki, bu barədə iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, bankın riskli kreditləşmə siyasəti və eyni zamanda korporativ idarəedilməsində böyük nöqsanların olması və digər səbəblər bankın gələcək fəaliyyətilə bağlı suallar doğururdu.
"Eyni zamanada nəzərə almaq lazımdır ki, bankın maliyyə bazarlarına münasibətdə payı da ləğv edilməsi ilə bağlı qərarın qəbul edilməsinin təsirlərinin ortaya çıxacağını deməyə əsas vermir. Çünki müxtəlif indikatorlar üzrə 1-2% arasında payı var idi. Kredit portfelinin strukturuna baxanda 150 milyon manata yaxın istehlak, 280 milyon manat ətrafında isə biznes kreditləri var idi. Bu da 22-23 milyardlıq portfelə münasibətdə böyük göstərici deyil. Biznes üçün də böyük maliyyə mənbəyinin dayanması anlamına gəlmir. Bu baxımdan düşünürəm ki, bankın lisenziyasının ləğv edilməsi sektor üçün təhlükə yaratmayacaq".
R. Həsənov qeyd edib ki, kommukasiyadan düzgün istifadə edilərsə bankın bağlanmasının yan təsirləri müştərilərin, maliyyə bazarlarının iştirakçılarının davranışlarına təsirlərinin qarşısını almaq olar.
"Belə ki, məlumatlandırma və proses düzgün həyata keçirilərsə, problem olmayacaq. Bu baxımdan da böyük risk olacağını düşünmürəm. Bir neçə ay bundan əvvəl başqa bir bankın bağlanması zamanı da bank sektorunda bir güvənsizlik dalağası yaşanmadı. Belə hallarda ilk ciddi təhlükə müştəridən gələn gözlənilməz, idarəolunmaz davranış məsələsidir ki, bu risk yaradır və domino effekti ilə bütün maliyyə bazarı iştirakçılarının fəaliyyətinə təsir edərək maliyyə böhranı yaradır. İndiki halda aidiyyatı qurumlar buna imkan verməyəcək. Mümkün qədər prosesi idarə etmək üçün adekvat yollar var. Bundan əvvəlki bankın bağlanması zamanı həmin bankda depozit hesab olanların davranışı onu deməyə əsas verir ki, bank sektorunda sığortalanma mexanizminin mövcudluğu yaranacaq riskləri əhəmiyyətli dərəcədə zəiflədir", – deyə ekspert qeyd edib.
Xatırladaq ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən "Muğan Bank" ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Sosial       Tarix: 19 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com qarabag dunya xeberleri kriminal bugun