Müğənni Kərim toyda bu səbəbdən döyülübmüş - TƏFƏRRÜATLAR
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.
azxeber.com report-a istinadən xəbər verir ki, hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib.
Müğənni Kərim Abbasov fonaqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:
"Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma davam etdirilir".
***10:55
Müğənni Kərim toyda döyülüb.
azxeber.com Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.
Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Məlumata görə, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.
Araşdırma gedir.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat