Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər

Yaxın Şərqdə gərginlik pik həddə çatıb.
KONKRET.az-ın məlumatına görə, ABŞ-ın hərbi qüvvələrinin bölgəyə sürətlə cəmləşdirilməsi, Vaşinqtonun Tehrana verdiyi vaxt limiti və İran rəsmilərinin sərt bəyanatları mümkün hərbi toqquşma ehtimalını artırır.
İranın keçmiş şah ailəsinin varisi Rza Pəhləvi hakimiyyətə qarşı çıxış edərək əhalini mövcud rejimə qarşı mübarizəyə çağırıb. O, Ali lider Əli Xameneini son illərdə etirazların yatırılmasına görə məsuliyyət daşımaqda ittiham edib və müxtəlif dini icmaları "qanunsuz rejimə" qarşı birliyə səsləyib.
Bu arada ABŞ Prezidenti Donald Tramp İrana nüvə sazişi ilə bağlı razılıq üçün 10–15 gün vaxt verib. Məsələ martın 2-də Vyanada keçiriləcək MAQATE Şurasının iclasında da müzakirə oluna bilər. Ağ Ev "maksimum təzyiq" siyasətinin davam edəcəyini bəyan edib və Tehranın nüvə proqramı, ballistik raketləri və regiondakı silahlı qruplara dəstəyi ilə bağlı tələblər irəli sürüb.
Hərbi baxımdan isə ABŞ bölgədə qüvvələrini sürətlə artırır. Son günlər ərzində Yaxın Şərqə onlarla hərbi-nəqliyyat təyyarəsi, yanacaqdaşıyan KC-135 və KC-46 təyyarələri, həmçinin F-22, F-15 və F-16 qırıcıları göndərilib. ABŞ-ın "USS Abraham Lincoln" aviadaşıyıcısı artıq bölgədədir, "USS Gerald R. Ford" isə Aralıq dənizinə daxil olaraq Yaxın Şərq istiqamətində irəliləyir. Ekspertlər bu miqyaslı cəmləşmənin uzunmüddətli hərbi kampaniya üçün zəruri infrastruktur yaratdığını bildirirlər.
İran tərəfi isə mümkün hücuma "sarsıdıcı cavab" veriləcəyini bəyan edib. Parlamentin milli təhlükəsizlik komissiyasının üzvləri ABŞ bazalarının və hərbi gəmilərinin hədəf ola biləcəyini açıqlayıblar. Rəsmi Tehran müharibə istəmədiyini bildirsə də, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək özünümüdafiə hüququndan istifadə edəcəyini vurğulayıb.
Beynəlxalq media ABŞ-ın məhdud zərbə variantını nəzərdən keçirdiyini yazır. CBS və digər mənbələrə görə, hərbi əməliyyat qərarı verilsə, bu, yaxın günlərdə başlaya bilər. Bununla belə, Ağ Ev hələ yekun qərarın qəbul edilmədiyini bildirir.
Regionda hərbi aktivliyin artması qlobal neft bazarlarında və dünya iqtisadiyyatında ciddi risklər yaradır. Diplomatik kanallar tam bağlanmasa da, tərəflərin ritorikası və qüvvələrin hərəkəti vəziyyətin hər an yeni mərhələyə keçə biləcəyini göstərir./modern

Siyasi       Tarix: 21 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri