Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək

Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo ilə görüşüb.
Görüşdə səfirlik tərəfindən məcburi köçkün ailələrinə ediləcək humanitar yardım məsələləri müzakirə edilib. Fuad Hüseynov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verib.
Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti 1 milyon 200 min azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə, ölkəmizin qaçqınlıq və məcburi köçkünlük problemləri ilə üzləşməsinə səbəb olub. Azərbaycan dövləti bu problemlərin həlli istiqamətində müntəzəm iş aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması məsələlərinə daim diqqət göstərilir.
Bildirilib ki, məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası ilə bağlı Azərbaycan dövləti fəaliyyətini iki istiqamətdə qurub, onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, digəri isə artıq astanasında olduğumuz "Böyük Qayıdış" proqramının tam icra olunmasıdır.
Qeyd olunub ki, Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlarına başlamasına cavab olaraq müzəffər Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması məqsədi ilə əks-hücum əməliyyatlarına başlayıb. Döyüş meydanında məğlub olan və davamlı şəkildə geri çəkilən işğalçı qüvvələrin Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutması nəticəsində, mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölən və yaralananlar var. Məcburi köçkünlərin Tərtər, Ağdam, Füzuli, Goranboy rayonlarında müvəqqəti məskunlaşdığı 350-dən çox mənzil qismən, yaxud tamamilə dağıdılıb. 15 minə yaxın insan ikinci dəfə məcburi köçkün düşmək təhlükəsi ilə üz-üzə qalıb.
Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində mülki şəxslərin həlak olmasından təəssüfləndiyini bildirib. Qeyd olunub ki, səfirlik məcburi köçkün ailələrinin münaqişə vəziyyətində olmasını və koronovirusa yoluxanların sayının kəskin artmasını nəzərə alaraq məcburi köçkünlərə yardım ediləcək. Yardım ədyal və tibbi vasitələrdən ibarət olacaq.
Komitə sədrinin müavini məcburi köçkünlərə ediləcək yardımlara görə təşəkkür edib və yardımın nəqli, saxlanması və ailələrə çatdırılması üçün komitə tərəfindən dəstək verilə biləcəyini deyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. /oxu.az

Sosial       Tarix: 30 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber cəbhədən canlı cəbhədən son məlumat cəbhədən son xəbərlər 2026