Mühərrik yağları niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA

Mühərrik yağları niyə bahalaşır? – Ekspertdən AÇIQLAMAPandemiyadan sonra çətinliklə bərpa olan qlobal iqtisadiyyat Rusiya-Ukrayna müharibəsi fonunda daha da çökdü. Son günlər dünyada inflyasiya prosesləri getdikcə sürətlənir. Qiymət artımları demək olar ki, bütün sahələrdə hiss olunur.
Bu günlərdə Azərbaycanda avtomobillərin mühərrik yağlarının qiymətində nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, əvvəllər 45-50 manata satılan avtomobillərin mühərrik yağları indi 60-65 manata təklif olunur.
Maraqlıdır, mühərrik yağlarının qiyməti niyə artır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb. O bildirib ki, neft qiymətlərinin artması neft məhsullarının qiymətinə də təsir edir:
"Mühərrik yağlarının bahalaşmasının əsas səbəbi onların istehsalında istifadə olunan xammalın bahalaşması ilə əlaqədardır. Neft qiymətlərindəki artım ölkənin valyuta gəlirlərini artırır. Lakin qiymətlər artdıqca neftdən hazırlanan məhsulların da qiyməti bahalaşır. Düzdür, neft qiymətləri bir neçə aydır ki, bahalaşıb. Lakin istehsal prosesində xammaların alışı və onun silinməsi bir müddət vaxt tələb edir. Məsələn əgər indi qiymət artımı tendensiyası davam edərsə, 6-9 ay sonra biz müxtəlif məhsullarda bunu müşahidə edəcəyik".
Mühərrik yağları niyə bahalaşır? – Ekspertdən AÇIQLAMAİqtisadçı bildirib ki, süni qiymət artımından söhbət getmir:
"Dünyada ciddi inflyasiya prosesləri gedir. Xammalın və logistika xidmətlərinin qiymətləri sürətlə artır. Bahalaşmanın əsas səbəbi məhz budur. Yəni burada süni qiymət artımından söhbət gedə bilməz. İndiki halda mühərrik yağlarının bahalaşmasını istehsal xərclərinin artması ilə izah etmək olar. Əvvəlki dövrlə müqayisədə bir litr mühərrik yağının istehsalına indi daha çox tələb olunur".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Sosial       Tarix: 23 may 2022
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler 2026 sou xeberler bugun en son xeber siyaseti xeberler bugun