Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar

Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarÖtən gecə müğənni-bəstəkar Murad Arifin Heydər Əliyev Sarayında "3:0" adlı solo konserti baş tutub. 
Heydər Əliyev Sarayının qapıları açılan andan içəriyə axışan izdihamlı tamaşaçı ordusu axın edib. Sarayın dəhlizlərində foto çəkdirənlər, mahnıları zümzümə edənlər, illərdir dillərdə dolaşan hitlərini canlı dinləməyə gələn izləyicilərin coşqusu diqqət çəkib.
Gecəyə xüsusi hazırlaşan müğənni konsertdən öncə media nümayəndələrinin suallarını cavablayıb:
"Həyəcanlı, sürprizli, bol əyləncəli bir konsert olacaq. Aylardır hazırlaşıram. 200 nəfərlik komanda hazırlaşıb. 20 hit manhnı  səsləndirəcəyəm. Hazırlıqlar dövründə səhnəni bölüşəcəyim ulduzları açıqlamadım ki, sırf biletləri Muradsevərlər alsın. İndi açıqlaya bilərəm.
 Xalq artisti Röya Ayxanla iki duetimiz olacaq. Reper Ramil Nabranla da səhnəni bölüşəcəyik. Bu gecə həm əylənəcəyik, həm kövrələcəyik". 
"Bakı gözyaşlarına inanmır" mahnısı ilə konsertə start verən sənətçi gecəyə qəmgin notlarla başlayıb. Aylardır 200 nəfərlə hazırlaşdığı konsertin ssenarisində Murad Arif dəyişiklik edib. 
 Qonaqları salamlayan HITMAKER konsertində bir gün əvvəl vəfat edən Əməkdar artist Cabir İmanovun ailəsinə başsağlığı verib. O, həmçinin millət vəkili Qənirə Paşayeva, Aygün Bəylər, Rəhim Rəhimli, Oqtay Əliyev və Azər Baxşəliyevin də adlarını çəkərək onların xatirəsini ehtiramla anıb.
"Biz eyni sahənin adamlarıyıq. Onun ailəsinə başsağlığı veririk. Hər konsertində cana yaxın dostlarını xatırlayırsan. Bu gün Rəhim Rəhimlinin öldüyü gündür. Bu gün konsertimdə Əməkdar mədəniyyət xadimi Oqtay Əliyev olmalı idi, gənc dostumuz Azər Baxşəliyev olmalı idi. Amma o qrimi edib paltarı geyinib artist olmalısan. Növbəti mahnımı həyatımızda yeri görülən adamlara həsr edirəm. Onların yeri həmişə görünəcək"-, sənətçi öz vəfa borcunu yerinə yetirib. 
Murad Arifin sənət dostlarından danışarkən kövrəlməsi diqqətdən qaçmayıb. 
Gecədə duet ortaqları da Muradı tək qoymayıb və səhnəyə Xalq artisti Röya Ayxan çıxıb. Murad Arif onunla sevilən hitlərdən olan "Ona nə var ki…" adlı mahnını ifa edib. Həmkarların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 
Murad bildirib ki, Röyaya yeni hit təqdim edib və sözügedən mahnı Röya Ayxanın konsertində səslənəcək. 
Konsert sosial mesajlarsız da ötüşməyib. "Qızım" mahnısını səsləndirmədən öncə sənətçi selektiv abortlara diqqət çəkiblər. O, atalardan səslənərək qzılarını xüsusi qayğı ilə sevmələrini istəyib:
"Hələ də selektiv abortlar yaralı yerimizdir. Heç bir qadın cinsiyyətinə görə övladını tələf etmir. Adətən atalar qız övladı deyil, oğlul istəyirlər. Selektiv abortların artmasına səbəb budur. Atalar, gəlin, qzlarımızı çox sevək. Onların daim bizim sevgimizə ehtiyacı var". 
Daha sonra "Oğlum" mahnısını ifa edən ulduz oğluna sevgisini də bildirib. 
Konsert zamanı Murad Arifin uşaqlıq illərindəbəhs edən video-şarx təqdim olunub.  Görüntülərdə sənətçinin fərqli düşüncəyə sahib olduğu üçün təklik yaşadığını, dostlarının onu anlamadığı qeyd olunub. Daha sonra səhnəyə müğənni ilə birlikdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin  üzvləri  çıxıb. Onlar birlikdə "Fərqliyəm" mahnısını səsləndirib. 
"Dondurma", "Mənə Sən Lazımsan", "Tufan", "Oppalara", "Yalnız səni gözlədim", "Saçların", "Partlat!" mahnılarını ard-arda ifa edən sənətçi  səhnəni reper Ramil Nabranla bölüşüb. 
Konsert zamanı iki kostyum dəyişən HITMAKER geyimlərinin özəl olaraq onun üçün hazırlandığını, svarovski daşlarla bəzədildiyini hətta konsertə görə 5 kilo çəki itirdiyi deyib. 
Anşlaq və alqışlarla keçən konsertin sonunda tamaşaçılar Murad Arifi zaldan buraxmaq istəməyib. Saray alqış sədaları ilə çalxalanıb. Murad Arif həm musiqisi, həm verdiyi mesajlar, həm də səmimiyyəti ilə tamaşaçılarına unutulmaz bir axşam bəxş edib. 
Bütün biletlərin satıldığı gecə Murad Arifin nə qədər sevildiyini bir daha sübut edib.
Murad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - FotolarMurad Arifin izdihamlı, coşqulu, ulduzlu gecəsi - Fotolar/ azxeber.com

Şou Biznes       Tarix: 02 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram

Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Axşam.az-a istinafdən xəbər verir ki, aktrisa "İki başlı" proqramında heç vaxt avtomobil idarə etmədiyini deyib. O, sürücü ilə hərəkə

Artıq ana olmağa hazıram' - Hadisə

Türkiyənin məşhur müğənnisi Hadisə şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlama verib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ana olmaq istədiyini bildirib,ş. Konsertində izləyiciləri ilə söhbət edən müğənn

Hudutsuz sevda'nın aktrisası nişanlandı

Türkiyənin "Sureç Film" şirkətinin sahibi İsmayıl Gündoğdu ilə tanınmış aktrisa Zəhra Yılmaz ailə qurmaq yolunda ilk addımı ataraq nişanlanıblar. . Cütlüyün nişan mərasimində incəsənət aləmindən tanınmış simala

"Harri Potter"in aktyoru öldü

"Harri Potter və ölüm yadigarları - 1-ci hissə" filmində yaşlı Gellert Qrindelvald obrazını canlandıran britaniyalı aktyor Maykl Börn 82 yaşında vəfat edib. xəbər verir ki, aktyorun ölümü ilə bağlı məlumat xaric

Xanəndənin atası faciəvi şəkildə öldü

Ötən gün Qobustanda "Mercedes-Benz" və "Toyota Prius" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Qəzada həyatını itirən "Mercedes"in sürücüsü 61 yaşlı Zakir Ağayev xanənd

Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram

Azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, türkiyəli müğənni Doğuşun ad günü münasibətilə sosial şəbəkə hesabında duyğusal paylaşım edib. xəbər verir ki, aparıcı paylaşımında həyat yoldaşına sevgisini ifad

6 ayda Türkiyədə 8 maşhur vəfat edib

2026-cı ilin ilk yarısı Türkiyənin mədəniyyət, incəsənət və media dünyası üçün ard-arda yaşanan ağır itkilərlə yadda qaldı. xəbər verir ki, altı ayı ərzində ölkənin elm, kino, teatr, musiqi və mətbuat sahəsində dərin iz qoymu

Elşən Ozan Akbaba ilə bir arada - Fotolar

Aktyor Elşən Orucov türkiyəli həmkarı Ozan Akbaba ilə bir araya gəlib. xəbər verir ki, sənətçilər "Çırak 2" serialının çəkiliş meydançasında görüşüblər. Ekran işində rol alan Elşən layihənin birinci hissəsində d

18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı

Rəqqasə Fatimə Fətəliyeva oğlu ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında 18 yaşı tamam olmayan oğlu Hüseynin avtomobil idarə edərkən lentə alınan görüntülərini yayımlayıb. Videod


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu en son xeberler bu gun xabarlar en son xeberler