Murad Köhnəqala: "Kim Kəraməti yerə yıxıb, ağzına araq töküb?"

Murad Köhnəqala: "Kim Kəraməti yerə yıxıb, ağzına araq töküb?"Yazar Murad Köhnəqala onu ittiham edənlərə cavab verib.
Open.az xəbər verir ki, yazar yaxın dostu Kəramət Böyükçöllə bağlı baş verən olayda, konkret olaraq sonuncunun içkiyə meyl etməsində onu suçlayanlara kəskin cavab yazıb.
M.Köhnəqala bu fikri yayanları "düşük" adlandırıb: "Bir-iki düşük yazır ki, guya Kəraməti mən içirdirəmmiş. Bir dəstə düşük də altından şərh yazıb məni söyürlər. Nə deyim, vallah, adam qalır belə. Bəs, indiyə qədər kim içirdirmiş Kəraməti? İçdiyinə görə atası ona təzyiq kimi "Ölsəm cənazəmin üstünə buraxmayın onu!" deyəndə kim içirdirmiş onu, görəsən? Kəramət alkoqoldan təmizlənmək üçün dəfələrlə sistem altında yatanda kim içirdirmiş onu? Birinci ailəsindən, ikinci ailəsindən ayrılanda kim yıxıb ağzına araq töküb onun? Bu, nə düşüncədi?"
M.Köhnəqala yazıb ki, K.Böyükçöl ötən il indiki həyat yoldaşı ilə iki aya yaxın onun üçotaqlı kirayə evində yaşayıb və o zaman onu içməyə qoymayıb: "Həyat yoldaşı Səidə xanım bunu təsdiqləyə bilər. İçmək istəyini bildirəndə üstünə bozarmışam, o da fikrindən vaz keçib. Həmin ərəfələrdə Kəramətlə Səidə şəhərə çıxıb harasa gedəndə narahat olub zəng eləmiş, qəti şəkildə içməməyini tapşırmışam. Onu bu cür ayıq saxladığıma görə atası mənə dəfələrlə minnətdarlıq eləyib. Tale elə gətirdi ki, bu dəfə də mən Kəramətin üçotaqlı evində öz istəyi ilə müvəqqəti yaşayası oldum. Son zamanlar içməsinə və içkili halda canlı yayım etməsinə etiraz olaraq gecə mübahisə edib əşyalarımı götürərək onların evindən çıxmışam. Həmin gün şair dostum Elman Tovuzgildə gecələmişəm".
M.Köhnəqala polis tərəfindən saxlanması məsələsini də detallı təsvir edib: "Sabah axşamtərəfi Kəramətgildə unutduğum notbuk adaptorunun arxasınca gələndə evdə polisləri görmüşəm. Polislər məni evə buraxmaq istəməsə də, mən israrla adaptorumu götürmək istədiyimi bildirmişəm. Onlar məni içəri buraxıblar. Kəraməti soruşmuşam, deyiblər ki, Kəraməti polis idarəsinə aparmışıq. Mən adaptorumu çantama qoyduqdan sonra polislər məni və Kəramətin yanına qonaq gələn yaxın dostu Ramili də maşına mindirərək 28-ci polis bölməsinə gətiriblər.
Mən Kəraməti polis bölməsində görmüşəm. Sonra hər üçümüzdən ifadə alaraq növbəti gün günorta vaxtlarında polis idarəsindən bizi çölə buraxıblar. Ramillə məni ayrıca, Kəraməti isə atasına təhvil verməklə buraxıblar. Atası isə onu müalicə olunmaq üçün hansısa dispanserə aparıb. Atası ilə zəngləşəndə müalicə məsələsini özü mənə dedi".

Şou Biznes       Tarix: 20 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber valyuta mezennesi sou biznes xəbər