Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın

Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayınBirbank müştəriləri artıq bank çıxarışlarını banka müraciət etmədən, birbaşa mobil tətbiqdə möhürlü və imzalı şəkildə, PDF formatında əldə edə bilərlər. Bunun üçün Birbank tətbiqində "AI assistent"ə daxil olaraq "çıxarış əldə etmək istəyirəm" yazmaq kifayətdir.
Bununla yanaşı, müştərilər bank çıxarışının hazırlanması funksiyasına əməliyyatlar tarixçəsindən və müvafiq kartın menyusundan da birbaşa keçid edə bilərlər. Beləliklə, çıxarış əldə etmək üçün bir neçə fərqli giriş nöqtəsi təqdim olunur və müştərilər özlərinə uyğun ən rahat üsulu seçə bilirlər.
Proses olduqca sadə və rahatdır. Müştəri əvvəlcə çıxarışını almaq istədiyi hesabı seçir, daha sonra 1, 3, 6, 12 və ya 36 aylıq dövrdən ona lazım olan müddəti müəyyənləşdirir. Bundan əlavə, fərdi tarix aralığını seçmək imkanı da mövcuddur. Bu funksiya müştərilərə çıxarışı məhz ehtiyac duyduqları dövr üzrə hazırlamağa şərait yaradır.
Çıxarışı yalnız mədaxil, yalnız məxaric və ya hər iki əməliyyat növünün əks olunması üzrə təyin etmək də mümkündür. Müştəri sənədin dilini seçdikdən sonra çıxarış PDF formatında, bankın rəqəmsal möhürü və imzası ilə hazırlanır.
Hazırlanma prosesi cəmi bir neçə dəqiqə ərzində başa çatır. Çıxarış və onunla bağlı yazışma 7 gün ərzində Birbank çatının arxivində saxlanılır ki, müştəri ehtiyac yarandıqda sənədə yenidən baxa bilsin.
Birbank-ın rəqəmsal çıxarış xidməti tamamilə ödənişsizdir. Yeniliyin tətbiqindən sonra Birbank-da rəqəmsal çıxarışdan istifadə edən müştərilərin sayı əvvəlki dövrlə müqayisədə 45% artıb. Bu göstərici müştərilərin bank xidmətlərini müstəqil və rəqəmsal kanallar vasitəsilə idarə etməyə artan marağını nümayiş etdirir.
Maliyyə sektorunda ilk olan bu yenilik Birbank-da bank xidmətlərinin müştərinin özü tərəfindən idarə olunması istiqamətində atılan mühüm addımlardan biridir. Gündəlik bank əməliyyatları ilə yanaşı, bank sənədlərinin də tətbiq üzərindən müstəqil şəkildə əldə olunması müştərilərin rəqəmsal xidmətlərə əlçatanlığını daha da artırır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 25 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı

STEP Young: Semaqlutid əsaslı innovativpreparatı piylənmə ilə yaşayan 6–11 yaşlı uşaqların təxminən 80%-də bədən kütləindeksini ən azı 10% azaldıb. Novo 6–11 yaşlı uşaqlarda piylənmənin müalicəsi üzrə STEP Young tədqiqatını

FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər

Sənaye, energetika və mədən sektorundakı şirkətlər iyundan bu günədək süni intellekt (Sİ) infrastrukturuna investorların marağının azalması səbəbindən bazar dəyərini 4,2 trilyon dollar itiriblər. -un məlumatına görə, bu barəd

Azərbaycanda dərmanlar ucuzlaşacaq

Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi maksimal qiymətdən daha aşağı qiymətə satılması zamanı vergitutma məqsədilə bazar qiymətinin müəyyənləşdirilməsi qaydalarının dəyişdirilməsi təkli

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 5 milyon 51 min 326 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisəd

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Qızıl kəskin ucuzlaşdı

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün nəzərdə tutulmuş qızıl füçersinin dəyəri 2025-ci il sentyabrın 2-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 3 550 dollardan aşağı həddə geriləyib. -a istinadə

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Ünvanlı sosial yardım alanlara şad xəbər - "Növbəti ildən…

"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasın


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum xeber saytlari xabarlar en sonxeber