"Müsavat" AKM sәdri İlham Hәsәn bir gündә 80 saxta vәsiqәni necә verib? - FAKT

"Müsavat" AKM sәdri İlham Hәsәn bir gündә 80 saxta vәsiqәni necә verib? - FAKT"Müsavat" AKM sәdri İlham Hәsәn bir gündә 80 saxta vәsiqәni necә verib? - FAKT
Almaniyada "Müsavat" Partiyasının "siyasi mühacir" məsələsi ilə bağlı cinayət işinin açılmasından sonra ortaya yeni faktlar çıxıb. Belə ki, Koblenz məhkəməsinin "siyasi mühacir" işi ilə bağlı qərarında adı müqəssir olaraq keçən "Müsavat" Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsənin bir gündə 80 saxta vəsiqə verdiyi faktı yayılıb.
Trend-in məlumatına görə, bu faktı "Müsavat" Partiyasının üzvü, Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğlu açıqlayıb.
Yeni faktda İ.Həsənin imzası ilə verilən üç vəsiqə təqdim edilib: 2016-cı ilin 5 dekabrda 36 saylı, 2017-ci ilin 18 aprelində 16 saylı, həmin ilin 19 aprelində 96 saylı vəsiqə.
Y.Əkrəmoğlunun sözlərinə görə, burada tarixlərə və nömrələrə diqqət etmək lazımdır:
"36 saylı vəsiqə 5 dekabr 2016-cı ildə verilib. Bundan 4 ay sonra, 18 aprel 2017-ci ildə isə 20 rəqəm aşağı olmaqla 16 saylı vəsiqə verilib. Normalda ən az 37-ci vəsiqə verilməli idi. Nömrә sayları artmaq yerinә azalıb. Bu maxinasiyaya hesablanmış taktikadır. Әlavә olaraq, 17 apreldə 16 saylı, bundan bir gün sonra, 18 apreldә isə 96 saylı vəsiqə verilib.
Bu o demәkdir ki, İlham Həsən bir gün ərzində 80 vəsiqə paylayıb. Dekabr və aprel ayları arasında - 4 ay ərzində, sayın 36-dan yuxarı qalxmaq əvəzinə, әksinә aşağı, 16-ya düşməsi bilərəkdən edilən saxtakarlıqdır. Bu da maxinasiyaya yol açır".
Müsavatçı jurnalist qeyd edir ki, bu saxtakarlıqlarla bağlı partiya rəhbərliyinə məlumat verib:
"Bu vә digәr saxtakarlıqları partiya rәhbәrliyinә çatdırmaq üçün 2017-ci ildә "Müsavat" Divan üzvlәrindәn ibarәt "WhatsApp" qrupu yaratdım. İsa Qәmbәri dә bu qrupa әlavә etdim. O vaxt bu mәsәlәlәrin xaricә çıxmasını istәmirdim vә inanırdım ki, daxildә hәr şey öz hәllini tapacaq.
Tәәssüf ki, belә olmadı vә bu mәsәlәdә sәsimә sәs verәn vicdanlı partiya rәhbәrlәrinin sayı az oldu. Mәhz bu saxtakarlıq haqda mәlumat verәndәn sonra, 17 iyun 2017-ci ildә qrupda belә bir cümlә yazmışdım:
"Almanlar bu saxtakarlıqdan xәbәr tutsalar, heç bağışlamayacaqlar. Bu dәfә AKM dә bağlanacaq, bu saxtakarlığı edәnin kitabı da".
Bunu aşağıda, vәsiqәlәrin yanında paylaşdığım, qrupdan skrin etdiyim şәkil dә sübut edir. Son iki cümlәyә diqqәt edin. O vaxt Arif Hacılı vә әtrafı mәnim bu xәbәrdarlığımı qulaqardına vurdular. Ancaq bu gün hәmin dediklәrim öz әksini tapır".
Y.Əkrəmoğlu həmçinin əlavə edib ki, Divan üzvlәrindәn ibarәt 6 may 2017-ci ildә yaratdığım Vatsap qrupunda bu vә 10-larla başqa saxtakarlıqlara partiya rәhbәrlәr aşağıdakı reaksiyaları veriblәr:
"Reaksiyaları 3 qrupa bölmüşәm: 1. Faktlarla bağlı araşdırma tәlәb edәnlәr, 2. Saxtakarlıqları müdafiә edәnlәr, 3. Suasanlar.
Faktlarla bağlı araşdırma tәlәb edәnlәr:
1. Tofiq Yaqublu
2. Yadigar Sadıqlı
3. Vәfa Cümşüdlü
4. Elman Fattah
5. Alya Yagublu
6. Nemәt Kәrimli ( bir müddәt sonra mövqeyini 180 dәrәcә dәyişdi).
Saxtakarlıqları cidd-cәhdlә müdafiә edәnlәr:
1. Gülağa Aslanlı
2. Saxәvәt Soltanlı
3. Yusif Tağı
Susanlar:
1. İsa Qәmbәr
2. Arif Hacılı
3. İkram İsrafil
4. Nüşabә Sadıxlı
5. Arzu Sәmәdbәyli
"Müsavat" AKM sәdri İlham Hәsәn bir gündә 80 saxta vәsiqәni necә verib? - FAKT"Müsavat" AKM sәdri İlham Hәsәn bir gündә 80 saxta vәsiqәni necә verib? - FAKT

Sosial       Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. İlkin məlumata görə, "KIA"

70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı

70 yaşlı milyarder Araz Ağalarovun 27 yaşlı xanımı Alyona Ağalarova ilk dəfə şəxsi biznesindən söz açıb.  Spletnik-ə istinadla xəbər verir ki, o, müsahibəsində qeyd edib:. "Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyaclarımda

Xanım deputata ağır itki

Deputat Səbinə Salmanovaya ağır itki üz verib. -un "Unikal"a istinadən məlumatına görə, mərhumun atası Qədir Salmanov dünyasını dəyişib. Mərhum sabah Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq. 3 mərasim

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras

İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır

Ekspertlər işlənmiş avtomobildə gizli problemləri necə tez bir zamanda müəyyən etməyin yollarını açıqlayıblar. İşlənmiş avtomobili almaq həmişə böyük bir risk daşıyır. . Bu sahə üzrə ixtisaslaşmış ekspertlər odometri ger

Meteohəssas insanların nəzərinə

İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar

Azərbaycanda son 5 ildə 70 və yuxarı yaşlı əhalinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ölkə üzrə bu yaş qrupuna daxil olanların sayı 150 mindən çox artsa da, rayon və şəhərlər üzrə statistika fərqli mənzərə ortaya qoyur


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxəbər cəbhədən görüntüleri xeberler bugun 2026