"Müsavat" rəhbəri Ağdamdan imtina etdi

"Müsavat" rəhbəri Ağdamdan imtina etdi"Müsavat" rəhbəri Ağdamdan imtina etdi
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müşayiəti ilə siyasi partiya liderlərindən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərində "Müsavat" partiyasının nümayəndələri olmayıb.
"Müsavat" partiyasının lideri Arif Hacılı Demokrat.Az-a müsahibəsində bunun səbəblərini açıqlayıb.
Partiya sədri etiraf edib ki, onlara Prezident Administrasiyası tərəfindən digər partiya liderləri ilə birgə Ağdam rayonuna səfər etmək barədə təklif daxil olub.
Lakin "Müsavat" bu təklifi qəbul etməyib. Arif Hacılı hesab edir ki, siyasi partiyaların, ölkə vətəndaşlarının Azərbaycan ərazisinə getmək üçün xüsusi müşayiətə ehtiyacı yoxdur.
Caliber.az-ın xəbərinə görə, nəzərə alsaq ki, istənilən Azərbaycan vətəndaşının hazırkı məqamda işğaldan azad edilmiş ərazilərə səfəri risklərlə müşahidə olunur və ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir, A.Hacılının bu izahı ən azından ciddi qəbul oluna bilməz.
Və aydındır niyə. İşğaldan azad edilmiş ərazilər hələ minalarla doludur.
Hacılının digər arqumenti də kifayət qədər şübhə doğurur. Guya o, Şuşaya səfər etmək üçün şəraitin təmin edilməsini istəyib, amma onun müraciəti cavabsız qalıb.
Ancaq siyasi xadim, aparıcı müxalifət qüvvəsi olmağa iddia edən partiyanın lideri üçün azad edilmiş şəhər və kəndlərimizi hansı növbədə ziyarət etməyin necə prinsipial əhəmiyyəti ola bilər? Yoxsa Qarabağ xanlarının dəfn olunduğu, Qarabağ müharibəsi şəhidlərinin, Azərbaycanın əfsanəvi milli qəhrəmanlarının məzarlarının yerləşdiyi Ağdam Arif Hacı lının öz ziyarəti ilə şərəfləndirməsinə layiq şəhər deyil?
"Müsavat" liderinin açıqlamasını oxuyarkən istər-istəməz ortaya çıxan bütün bu suallar, əlbəttə ki, ritorik xarakter daşıyır. Üstəlik, Hacılının müsahibəsindəki əsas fraza onun Ağdamı ziyarət etməmək qərarının əsl səbəbi barədə heç bir şübhə yeri qoymur.
Hacılı rəhbərlik etdiyi partiyanın Prezident Administrasiyası tərəfindən yaradılan "Siyasi partiyaların liderləri" formatında ümumiyyətlə iştirak etmədiyini xatırladıb. Başqa sözlə, o, təsdiqləyir ki, "Müsavat" hətta Qarabağın azad edilməsi və dirçəlişi kimi ümummilli bir məsələdə belə partiyalararası dialoqdan imtina edir. Nəticə olaraq Hacılı və onun ətrafı üçün kiçik qrup maraqları prioritet olaraq qalmağa davam edir. İşğaldan azad olunmuş torpaqlar onlar üçün vacib deyil. Görünür, elə Qarabağın Azərbaycanın tərkibində olması da... /oxu.az

Siyasi       Tarix: 18 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər son xeberler bugun 2026 azerbaycan axsam.az xeberler xeber