Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri - FOTO

Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri - FOTOMüsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri - FOTO
Dünyada İslamı qəbul edən milyardlarla insan var. Müsəlmanlar eyni müqəddəs kitaba inansalar da, müxtəlif coğrafiyaların mədəniyyətləri ilə böyüyən xalqlar 11 ayın sultanı sayılan Ramazan ayını fərqli adət-ənənələrlə qarşılayırlar.
Bu ölkələrdən biri Misirdir.
Bu ölkədə Ramazan ayının gəlişi ilə yol kənarlarında, dükanlarda, evlərin eyvanlarında naxışlı fənərlərə rast gəlinir. Ramazan çıraqları olaraq tanınan bu fənərlər Misirdə Fatimilər sülaləsi tərəfindən miras qalıb. Misirlilər inanırlar ki, bu naxışlı fənərlər ölkələrinə birlik, bərabərlik, xoşbəxtlik gətirir. Bundan başqa misirlilər iftar süfrəsində süddə isladılmış xurma ilə oruclarını açırlar. Lakin yemək yeməyi axşam namazından sonraya qədər təxirə salırlar. Obaşdan üçün isə əzilmiş lobyadan hazırlanan təam yeyirlər. Bu yemək onları gün ərzində tox və gümrah saxlayır.
Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri - FOTOYəməndə Ramazan ayında kişilərin gözlərinə sürmə çəkdiyini görsəniz, təəccüblənməyin. Yəmən kişiləri əsrlərdir ki, Ramazan ayında Məhəmməd peyğəmbərin gözlərinə sürmə çəkmək ənənəsini davam etdirirlər. Yəməndə Ramazana xas olan digər bir ənənə evlərin rənglənməsidir. Kifayət qədər maddi imkanı olan yəmənlilər evlərini rənglədiyi halda, nisbətən aşağı gəlirləri olanlar sadəcə yuyub təmizləməklə kifayətlənməli olurlar. Yəməndə daha bir ənənə Ramazan ayı gəlməmişdən əvvəl xeyriyyəçilər tərəfindən məscidlərin xalçalarının yenilənməsidir.
Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri - FOTOƏhalinin təxminən 90 faizinin müsəlman olduğu Pakistanda Ramazan ayı böyük coşqu ilə qeyd olunur. Hələ Ramazan ayı başlamamış məscidlər, ibadət evləri təmizlənir, bəzənir. Pakistanda məscid və ibadət ocaqlarında iftar vermək əsrlərdən bəri davam edən bir ənənədir. Bundan əlavə Pakistanda ailələr açıq yerlərdə bir araya gələrək yeni ayın doğulmasını birlikdə müşahidə edirlər. Yeni ay görünəndə qadınlar Şəvval ayının gəlişini qeyd etmək üçün "Mehndi" adlı xına ilə əllərinə müxtəlif bəzəklər çəkirlər.
Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri - FOTORamazan ayının xüsusi təntənə ilə qeyd edildiyi ölkələrdən biri də İndoneziyadır. İndoneziyada Ramazan ayında iftardan sonra insanlar kukla tamaşalarına tələsirlər. Adətən iftardan sonra ictimai yerlərdə və yarmarkalarda göstərilən "Vayanq qolek" adlı əyləncəli kukla tamaşaları İndoneziyada Ramazan gecələrini unudulmaz edən detallardan biridir. Təbii ki, İndoneziyada maraqlı Ramazan ənənələri bununla məhdudlaşmır. İndoneziyada illərdir davam edən ən maraqlı ənənələrdən biri olan təmizlənmə ritualıdır. Bu ənənə əsasən, Mərkəzi Yava və Cokyakarta bölgəsində icra edilən bir ənənədir. İnsanlar çay, göl, su quyusu kimi yerlərin kənarına gedirlər. Bu yolla insanlar Allaha daha yaxın olduqlarına inanırlar. Bu ənənə sayəsində təkcə bədən deyil, ruhun da təmizləndiyinə etiqad olunur.
Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri - FOTOQırğızıstanda Ramazan ayında əsrlərdir davam edən bir ənənə hələ də yaşamaqdadır. "Ca Ramazan" adlanan bu ənənədə uşaqlar və gənclər Ramazan ayının 15-ci günündən sonra toplaşırlar. Onlar bir-bir atlı və ya piyada şəkildə küçələrdə dolaşır, bütün qapıları döyərək müxtəlif ölkəyə məxsus musiqi alətlərinin müşayiəti ilə dua, istək və niyyəti özündə əks etdirən bayatılar oxuyurlar. Uşaq və yeniyetmələrin bu xoş dualarına cavab olaraq onlara müxtəlif nemətlər təklif edilir.
Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri - FOTOBu adətlər nə qədər biri-birindən fərqlənsə də, hər biri Ramazan bayramına ayrı bir gözəllik və rəng qatır.
Mənbə: Kocbayi.com.tr / oxu.az

Maraqlı       Tarix: 19 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son.xabar valyuta məzənnələri cəbhədən son xəbərlər