"Museum Furniture showroom"da "Xarı Bülbül" çilçırağının təqdimat mərasimi keçirildi - Fotolar
Azərbaycan mədəniyyətinin zəngin ruhunu və estetik dəyərlərini özündə əks etdirən "Xarı Bülbül" çilçırağının təqdimat mərasimi unudulmaz bir gecəyə çevrilib. Layihə milli irsin və incə zövqün mükəmməl sintezini nümayiş etdirərək, sənət və dizayn dünyasında xüsusi yer tutub.
azxeber.com xəbər verir ki, bu unikal layihənin ideyası "Museum Furniture" tərəfindən irəli sürülüb və onun həyata keçirilməsi artıq 1 il idi ki, planlaşdırılırdı.
İcra prosesi asan olmasa da, uzunmüddətli əmək və yaradıcılıq nəticəsində "Xarı Bülbül" çilçırağı ərsəyə gətirilib.
Layihə Azərbaycanın zəngin mədəniyyəti və tarixinə həsr olunub. Onun hazırlanmasında italyan mütəxəssislərlə əməkdaşlıq mühüm rol oynayıb. Dizayn prosesi İtaliyanın Neapol şəhərində yerləşən "İ Borbone" brendi ilə sıx əməkdaşlıq çərçivəsində ilk gündən son ana qədər qeydə alınıb. Bu müddət ərzində italyan tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş məlumat verilib, nəticədə ölkəmiz haqqında dərin təəssüratlar formalaşıb.
Təqdimat mərasimində milli musiqi alətləri, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib. Tədbir iştirakçıları üçün bu təqdimat təkcə bir dizayn layihəsi deyil, həm də milli dəyərlərə hörmətin və qürurun ifadəsi olub.
Tədbirdə vurğulanıb ki, "Xarı Bülbül" Azərbaycanın simvoluna çevrilib. "Museum Furniture" də müəllifi olduğu və ərsəyə gətirdiyi bu layihədə məhz bunu da nəzərə alıb.
Əgər bu simvol torpaqlarımızın işğalı dövründə itkini və nisgili ifadə edirdisə, bu gün artıq o, dirçəlişin və qələbənin rəmzi kimi qəbul olunur.
"Xarı Bülbül" çilçırağı layihəsi iki fərqli, lakin ruhca bir-birinə yaxın mədəniyyətin – Azərbaycan və İtaliyanın birliyini əks etdirir. Bu çilçıraq sadəcə bir interyer elementi deyil, həm də xalqımıza, tariximizə və mədəniyyətimizə olan dərin ehtiramın simvoludur.




Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır