"Müstəqillik tarixində ilk dəfə Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunub" - Millət vəkili
"Dövlət Statistika Komitəsi 2021-ci ilin iqtisadi yekunları ilə bağlı ilkin rəqəmləri elan edib. Komitənin hesablamalarına görə, ötən il ümumi daxili məhsul əvvəlki illə müqayisədə 5.6 faiz artaraq 92 milyard 857 milyon manata çatıb. Bu o deməkdir ki, müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunub".
Bu barədə KONKRET.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov fikir səsləndirib. O bildirib ki, rəsmi statistikaya görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Bu isə ötən ilki artımın daha çox qeyri-neft sektoru hesabına baş verdiyini deməyə əsas yaradır: "ÜDM istehsalında sənaye (42,5 %.) yenə öndədir. Digər sektorların payı belədir: 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri, 17,2 faizi digər sahələrin payına düşür".
Vüqar Bayramov əlavə edib ki, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib: "Qeyd edək ki, 2022-ci ildə həm Azərbaycan hökuməti, həm də beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar. BMT bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi qənaətindədir".
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
Xamenei atasının dəfnində iştirak edəcək?
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu