Müxalif siyasətçi 25 il müddətinə HƏBS EDİLDİ
Moskva Şəhər Məhkəməsi müxalif siyasətçi və jurnalist Vladimir Kara-Murzanı dövlətə xəyanətdə, ordu haqqında yalan məlumat yaymaqda ittiham edərək 25 il müddətinə azadlıqdan məhrum edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Məhkəmənin qərarı ilə siyasətçi 400 min rubl cərimələnib.
Kara-Murza son çıxışında bildirib ki, o, siyasi baxışlarına görə təqib olunur və heç nədən peşman deyil.
Qeyd edək ki, Vladimir Kara-Murza telejurnalist, rejissor və publisistdir. O, "Boris Nemtsov Azadlıq Fondu"nun sədri, 2015-2016-cı illərdə isə Xalq Azadlıq Partiyasının sədr müavini vəzifəsində çalışıb. Kara-Murza 2019-cu ilin sentyabrından 2022-ci ilin fevralınadək "Exo Moskvı" və "Azadlıq" radiosunda aparıcılıq edib.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir