Muxtar Tayjan: "Azərbaycanla döyüşmək böyük ağılsızlıqdır" - MÜSAHİBƏ

Muxtar Tayjan: "Azərbaycanla döyüşmək böyük ağılsızlıqdır" - MÜSAHİBƏMuxtar Tayjan: "Azərbaycanla döyüşmək böyük ağılsızlıqdır" - MÜSAHİBƏ
"Dövlətlərin ərazi bütövlüyünə, onların daxili işlərinə qarışmamaq prinsipinə riayət etmək və dünya ölkələrinin sərhədlərinin toxunulmazlığına hörmət göstərmək lazımdır. Dağlıq Qarabağ ərazisi və ona sərhəd rayonlar təxminən 30 il əvvəl işğal edilib. Ermənistan bu əraziləri azad etməlidir. Yalnız bundan sonra sülh və əmin-amanlıq olacaq".
Bu sözləri tanınmış qazaxıstanlı ictimai xadim Muxtar Tayjan son vaxtlar Azərbaycan və Ermənistan arasında baş verən hərbi gərginliyi Media.Az-a şərh edərkən deyib.
- Mən Bakıda səfərdə olarkən şəhərin mərkəzində yerləşən erməni kilsəsini gördüm. Kilsəyə toxunulmayıb, olduğu kimi qalır. Bakıda millətlərarası münasibətlərlə bağlı heç bir problem yox idi. Lakin bu təcavüz, ərazilərin işğal edilməsi ölkələrin bir-birindən uzaq düşməsinə səbəb olur. Heç bir xalq öz torpaqlarını itirməyə razı olmaz, buna görə, mən və həmfikirlərim Azərbaycanın tərəfindəyik.
- Rəsmi Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsinə dair ümidləri gerçəkləşmədi. Qazaxıstan rəsmi Bakının bu birlikdə təmsil olunub-olunmamasından asılı olmayaraq, həmişə Azərbaycana dəstək verib. Misal üçün, Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulmağa hazırlaşarkən, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bəyan etmişdi ki, bu, yalnız BMT-nin tanıdığı sərhədlər çərçivəsində mümkündür. KTMT ölkələri Yerevanın hiddətinə rəğmən Azərbaycana silah satıb və satmaqda davam edir.
- Düşünürəm ki, başqa variant ola bilməzdi (KTMT-nin münaqişəyə müdaxilə etməkdən imtina etməsini nəzərdə tutur - red.). Qazaxıstanla Azərbaycanı bir-birinə möhkəm bağlayan qan və din əlaqələri var. Bizim Azərbaycanı dəstəkləyən Türkiyə ilə gözəl münasibətlərimiz var. Qazaxıstanın KTMT-nin üzvü olmasına baxmayaraq, ən qorxulu yuxuda belə təsəvvür etmək mümkün deyil ki, Qazaxıstan Azərbaycana qarşı döyüşsün.
Bu baxımdan vəziyyət aydındır. Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, Qazaxıstan heç vaxt rəsmi Bakıya qarşı çıxış edə bilməz.
- Azərbaycanda Qazaxıstanın dəstəyi yüksək qiymətləndirilir...
- Biz ədalətin bərqərar olmasının tərəfdarıyıq.
- Ermənistanda isə ölkəmizin ərazisinə hücum edərək "Azərbaycanı sülhə məcbur etmək" çağırışları səslənilir.
- Qeyd etmək lazımdır ki, Azərbaycanın ən müasir silahlarla təchiz olunmuş güclü ordusu var. Biz bunu 2016-cı ildə də gördük. Azərbaycanı hərbi vasitələrlə nəyəsə məcbur etmək çox çətin olacaq. Azərbaycanla döyüşmək böyük ağılsızlıqdır. /oxu.az

Siyasi       Tarix: 21 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər son xeberler bu gun krimnal bugun ən son xəbər