"Muzdlu döyüşçülər İsrail hərbçiləri deyil" – Politoloqdan Zaxarovanın iddiaları ilə bağlı ŞƏRH
Ukrayna ilə bağlı planları boşa çıxan Rusiya dünya üçün getdikcə daha təhlükəli təhdidə çevrilir. Kreml müharibədə istədiyi nəticəni ala bilmədiyinə görə kimlərisə "günah keçisi" elan edir. İndiyə kimi bir sıra əsassız iddialarla çıxış edən Rusiya siyasi rəhbərliyi bu dəfə İsraili hədəf seçib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ukraynada "Azov" alayı ilə birlikdə İsraildən olan muzdluların döyüşdüyünü söyləyib.
Bəs görəsən, Mariya Zaxarovanın İsraillə bağlı ortaya atdığı iddialar nə dərəcədə realdır? Əgər onun dediyi faktlar həqiqəti əks etdirirsə, bu, tərəflər arasında münasibətlərə necə təsir göstərəcək?
Mövzu il bağlı KONKRET.az-a danışan politoloq Fikrət Sadıxov bildirib ki, bu iddia inandırıcı deyil: "Maria Zaxarovanın bəyanatını indiki halda şərh etmək çox çətin məsələdir. İsrail hərbçilərinin orada döyüşməsi inandırıcı deyil. İlk növbədə qeyd etmək lazımdır ki, İsrail öz qoşunlarını heç bir ölkəyə döyüşməyə göndərmir. Onların konstitusiyasında bu barədə müəyyən maddələr var. Digər tərəfdən İsrailin Ukraynaya hərbçi göndərməsi onu Rusiyaya qarşı vuruşan bir tərəfə çevirir. Bu da Rusiya-İsrail münasibətlərinə mənfi təsir edəcək. Əslində indiki halda bu nə Rusiyaya, nə də İsrailə lazım deyil. Yəni Ukraynada İsrail hərbçilərinin döyüşməsi faktı reallığı əks etdirmir".
Politoloq bildirib ki, İsrail əsilli muzdlu döyüşçülərin orada olması ehtimaldır: "Çünki muzdlu döyüşçülər bütün ölkələrdə var. Onlar müqnaişə olan yerə gedib müqavilə ilə müəyyən məbləğ qarşısında iştirak edirlər. Reallıq bundan ibarətdir. Muzdlu döyüşçülər İsrail hərbçiləri deyil".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi